Marketinq mütəxəssisi

Marketinq mütəxəssisi

Balique 2023 Ltd MMC
  • Şəhər

    Bakı, Nəsimi ray.,Əhməd Cavad 1

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    1000 - 1300 AZN

    1300
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    30 oktyabr 2025

  • Bitmə tarixi

    09 dekabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Vəzifə: Marketinq Meneceri
Şirkət: Balique 2023 LTD MMC
İş yeri: Bakı şəh., Nəsimi ray., Əhməd Cavad 1
İş qrafiki: 5 günlük
Əmək haqqı: Nett 1000-1300

Tələblər:
Təhsil : Ali təhsil (marketinq, biznes idarəçiliyi, kommunikasiya və ya əlaqəli sahə üzrə);
İş təcrübəsi: Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi (menecer səviyyəsində arzuolunandır).
Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst, ingilis dili biliyi arzuolunandır;
Kompüter bilikləri: MS Office (xüsusilə Excel və PowerPoint) bilikləri;

Əlavə: Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi.
- Güclü kommunikasiya, liderlik və təşkilatçılıq bacarığı.
- Marketinq strategiyası, rəqəmsal reklam, brendinq və analitika sahəsində dərin biliklər;
- Sosial media və onlayn reklam platformaları (Meta Ads, Google Ads, TikTok Ads, LinkedIn Campaign Manager) ilə işləmək bacarığı;

Öhdəliklər:
- Şirkətin ümumi məqsədlərinə uyğun marketinq strategiyasını hazırlayır və həyata keçirir.
- Bazarın və rəqiblərin analizini aparır, trendləri izləyir və təkliflər hazırlayır.
- İllik marketinq planı və büdcəsini tərtib edir, icrasına nəzarət edir.
- Yeni məhsul və xidmətlərin bazara çıxarılması strategiyasını planlaşdırır.
- Şirkətin brend imicinin formalaşdırılması və qorunmasına cavabdehdir.
- Reklam, PR və kommunikasiya fəaliyyətlərini əlaqələndirir.
- Korporativ tədbirlər, sərgilər və promosyon aksiyalarının təşkilini təmin edir.
- Reklam materiallarının (broşür, banner, TV/radio çarxları və s.) hazırlanmasına rəhbərlik edir.
- Sosial media (Facebook, Instagram, LinkedIn, TikTok və s.) strategiyasını müəyyən edir və icrasına nəzarət edir.
- Google Ads, Meta Ads və digər onlayn reklam kampaniyalarının planlaşdırılması və nəticələrinin analizi.
- SEO və vebsayt kontentinin inkişafına nəzarət edir.
- Onlayn satış və rəqəmsal marketinq kanallarının effektivliyini ölçür və optimallaşdırır.
- Hər bir kampaniyanın ROI və KPI göstəricilərinə əsasən nəticə analizi aparır.
- Satış şöbəsi ilə birgə hədəf auditoriyanın davranışlarını analiz edir.
- Aylıq və rüblük marketinq hesabatlarını rəhbərliyə təqdim edir.
- Marketinq komandasının fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır.
- Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləyir və motivasiya proqramları tətbiq edir.
Layihələrin icrasına dair daxili koordinasiyanı təmin edir.

Müraciət qaydası:
CV göndər: careers@balique.az
Son müraciət tarixi: 30 Noyabr 2025

Əmək bazarında yerini tap, fürsəti qaçırma!
Bizimlə əlaqə:
Linkedin: Balique
Instagram: balique.az

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox