Birbank namizədləri Təşkilati inkişaf ofisinin Inzibati idarəetmə departamentinin Təchizat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
- Satınalma, təchizat zənciri və müqavilə idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi,
- Satınalma sertifikatları üstünlükdür,
- Müqavilələrin idarəedilməsi proqramları/ERP sistemləri haqqında məlumatlı olmaq,
- Detallara yüksək diqqət və problem həll etmə bacarığı,
- Daxili komandalar və təchizatçılarla səmərəli işləmək üçün güclü interpersonal bacarıqlar,
- Tələblərin icrası üçün enduser və təchizatçı arasında vasitəçilik təcrübəsi,
- Təşkilatçılıq bacarıqları,
- Nəticəyönümlülük.
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
- Təqdim olunan tələbnamələr üzrə sifarişlərin icrası;
- Sənədləşmələrin düzgün və dəqiq yerinə yetirilməsi;
- Təchizat üzrə tələb olunan digər işlərin və rəhbərliyin birbaşa tapşırıqlarının yerinə yetirilməsi;
- Məktubların statusları barədə məlumatlı olmaq;
- Vendorlarla danışıqlar aparmaq;
- Məlumatı ERP sisteminə daxil etmək, kağız və sistemdə olan sənədləri izləmək, vaxtında icra etmək, rəhbərliyə bütün statular haqda məlumat vermək;
- Dəftərxana və təsərrüfat materiallarının istifadə və sifarişinin optimallaşdırılması, anbarda mövcudluğunun təmin olunması;
- SMS xidməti; İMEİ kodlar; Kuryer xidməti, dezinfeksiya xidməti, tibbi ləvazimatların və s. təchizatı;
- İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşıyır.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!