Vakansiya haqqında
PAŞA Holding Strateji idarəetmə üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
• Qrupun bütün Korporativ, Biznes və Funksional strategiyalarının hazırlanmasında fəal şəkildə iştirak;
• Qrupun Strateqiyasının icrasının dəstəklənməsi məqsədilə xarici və daxili mühit barədə vaxtaşırı hesabatların və müqayisəli analizlərin aparılması;
• Müəyyən edilmiş kanal və alətlər vasitəsilə strategiyanın izlənməsi və monitorinqi: Strateji İcmal iclası, Qiymətləndirmə kartları, Hesabatlar və s.;
• Əsas aşkarlamalar və təhlillər barədə rəhbərliyə tövsiyələrin hazırlanmasına dəstəyin göstərilməsi;
• Strateqiya ilə əlaqəli Qrup üzrə siyasət və prosedurlarının hazırlanmasında dəstək;
• Qrupun Strateji Aktivləri daxilində Strateji Komitələrin işini əlaqələndirmək;
• Qrupun Strateji Aktivləri və xarici məsləhətçilərlə sıx əməkdaşlıq;
• Korporativ Mərkəz daxilində illik əməliyyat planlaşdırma prosesini dəstəkləmək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Maliyyə, İqtisadiyyat, Biznes və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi;
• Uyğun sahələrdə minimum 3 illik peşəkar təcrübə;
• Microsoft Office proqramlarında sərbəst işləmə bacarıqları;
• Həm şifahi, həm yazılı ingilis və azərbaycan dillərinin mükəmməl biliyi;
• İqtisadiyyat, korporativ maliyyə, bankçılıq və sığorta biznesləri haqqında ətraflı bilik;
• Sürətlə dəyişən, iri miqyaslı mühitdə müstəqil və komanda ilə birgə işləmə bacarığı;
• Sağlam tənqidi düşüncə və problem həll etmə qabiliyyətləri;
• Mükəmməl ünsiyyət və insanlarla münasibətlər;
• Güclü şəxsiyyətlərarası əlaqələr, təşkilatçılıq və təqdimat bacarıqları;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Strateji idarəetmə üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 29 oktyabr, 2021-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!