Strategiya ofisinin aparıcı \ baş mütəxəssisi (Core strategy \ Internal consulting)

Strategiya ofisinin aparıcı \ baş mütəxəssisi (Core strategy \ Internal consulting)

ABB
  • Şəhər

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    29 iyul 2025

  • Bitmə tarixi

    28 avqust 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Strategiya üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Görəcəyiniz işlər:

  • Strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
  • İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
  • Qlobal və yerli bazarda yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
  • Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;  
  • Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.                   

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
  • Ən azı 2 il iş təcrübəsi olan;
  • Konsultinq təcrübəsinə sahib olan;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
  • Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
  • Yüksək təqdimat və ünsiyyət qabiliyyətinəsahib olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox