Bakı
Digər
500 AZN
bonusluTam-ştat
Ali
24 iyun 2026
03 avqust 2026
Şirkətimizə Daxili Nəzarət Departamentinə məsuliyyətli, diqqətli və analitik düşüncəyə malik əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
* Şirkətə aid 2 mağaza və anbarda mütəmadi sayımların aparılması;
* Məhsulların fiziki sayımını həyata keçirmək və nəticələri sistem məlumatları ilə müqayisə etmək;
* Sayım zamanı aşkar olunan uyğunsuzluqları, çatışmazlıqları və artıq qalıqları müəyyən etmək;
* Sayım nəticələrinə əsasən dəqiqləşdirmə və araşdırmalar aparmaq;
* Məhsulların barkod, seriya nömrəsi və digər identifikasiya məlumatlarının düzgünlüyünü yoxlamaq;
* Mağaza və anbarda məhsulların yerləşmə, saxlanma və qeydiyyat qaydalarına nəzarət etmək;
* Aşkar olunan uyğunsuzluqlarla bağlı müvafiq şöbələrlə əlaqə saxlayaraq səbəbləri araşdırmaq;
* Sayım nəticələri və yoxlamalar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
* Daxili nəzarət proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
* Şirkətin daxili prosedur və qaydalarına uyğun nəzarət tədbirlərini həyata keçirmək.
Namizədə tələblər:
* Ali və ya orta ixtisas təhsili;
* Sayım, anbar, mağaza nəzarəti və ya daxili nəzarət sahəsində təcrübə arzuolunandır;
* MS Excel proqramında işləmə bacarığı;
* Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma;
* Analitik düşünmə və hesabat hazırlama bacarığı;
* Komandada işləmək və operativ qərar vermək bacarığı;
* Ezamiyyət və mağaza/anbar mühitində işləməyə hazır olmaq.
İş qrafiki:
6 günlük iş həftəsi, şənbə günü 09:00 - 14:00
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu (subject) hissəsində "Stoka nəzarət üzrə mütəxəssis” qeyd etməklə hr@texnohome.az elektron poçt ünvanına göndərmələri xahiş olunur
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Stoka nəzarət üzrə mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.