−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Yeni

Modelləşdirmə,Qiymətləndirmə və Konsolidasiya olunmuş Hesabatlıq üzrə Aparıcı mütəxəssis

Bir

26 noyabr 2026 4 baxış

Vakansiya haqqında

Siz bu rolda şirkətin və törəmə müəssisələrinin maliyyə modellərinin hazırlanması, investisiya layihələrinin qiymətləndirilməsi və MHBS tələblərinə uyğun maliyyə hesablamalarının aparılmasına dəstək göstərəcəksiz. Vəzifə büdcə və maliyyə proqnozlarının hazırlanmasını, dəyərsizləşmə testlərinin aparılmasını, maliyyə məlumatlarının konsolidasiyasını və analitik hesabatların hazırlanmasını əhatə edir.

  • Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 1 il iş təcrübəsi (Aparıcı mütəxəssis üçün ən azı 2 il);
  • Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür);
  • IFRS standartları üzrə əsas biliklər;
  • Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma üzrə əsas bacarıqlar;
  • Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində nəzəri biliklər və praktiki tətbiq bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • Excel və maliyyə modelləşdirmə alətləri üzrə yaxşı səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür);
  • Ssenari, həssaslıq (sensitivity) və risk analizlərinin aparılması üzrə əsas bilik və bacarıqlar;
  • Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti;
  • SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi üstünlükdür;
  • Bank sektoru və normativ tələblər haqqında ümumi məlumatlılıq;
  • Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı;
  • Bazar trendləri və iqtisadi prinsiplər haqqında əsas anlayış;
  • Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar;
  • Güclü problem həll etmə və tənqidi düşünmə, kompleks məlumatları strukturlaşdırmaq bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Yeni bilikləri öyrənməyə və peşəkar inkişafa açıqlıq;
  • Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı;
  • Dinamik və sürətli iş mühitində işləmə bacarığı.


Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

  • Strateji və investisiya layihələri çərçivəsində maliyyə modellərinin hazırlanmasında iştirak etmək, modellərin metodoloji yanaşmalara uyğunluğunun yoxlanılmasına və texniki baxımdan təkmilləşdirilməsinə dəstək göstərmək;
  • İnvestisiya və kapital qoyuluşu layihələri üzrə maliyyə modellərinin hazırlanmasında iştirak etmək, maliyyə göstəricilərini hesablamaq və qiymətləndirmə metodlarından istifadə etməklə müvafiq maliyyə hesablamalarını aparmaq;
  • Dəyərsizləşmə testləri və MHBS-nın tətbiqi ilə əlaqədar maliyyə modellərinin və qiymətləndirmə hesablamalarının hazırlanmasında iştirak etmək, müəyyən edilmiş metodoloji yanaşmaları tətbiq etmək;
  • MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması prosesində maliyyə modelləşdirməsi və qiymətləndirmə ilə bağlı zəruri hesablamaların hazırlanmasına dəstək göstərmək;
  • Törəmə şirkətlərdən daxil olan məlumatlar əsasında strateji maliyyə və büdcə modellərinin hazırlanmasında, müəyyən edilmiş metodologiyaya uyğunlaşdırılmasında və konsolidasiya məqsədləri üçün texniki inteqrasiyasında iştirak etmək;
  • Maliyyə modellərinin dövri əsasda yenilənməsini həyata keçirmək, strukturunun təkmilləşdirilməsində və texniki optimallaşdırılmasında, habelə modellərin avtomatlaşdırılması imkanlarının müəyyən edilməsində və müvafiq texniki həllərin tətbiqində iştirak etmək;
  • Maliyyə modellərində istifadə olunan əsas fərziyyələr, dəyişənlər və ssenarilər üzrə həssaslıq və ssenari analizlərini aparmaq, nəticələri sənədləşdirmək və bilavasitə rəhbərə təqdim etmək;
  • Strateji layihələr üzrə biznes planların, büdcələrin və uzunmüddətli maliyyə proqnozlarının hazırlanması zamanı maliyyə modelləşdirməsi üzrə texniki dəstək göstərmək;
  • Hazırlanmış maliyyə modelləri və hesablamalar əsasında rəhbərlik, bank komitələri və müvafiq müzakirə platformaları üçün analitik təqdimat və məlumat materiallarının hazırlanmasında iştirak etmək;
  • Maliyyə modellərində və hesablamalarda istifadə olunan məlumatların, əsas fərziyyələrin, məlumat mənbələrinin və hesablama metodlarının sənədləşdirilməsini, tamlığının və riyazi düzgünlüyünün ilkin texniki yoxlanılmasını həyata keçirmək;
  • Müəyyən edilmiş metodologiyalar əsasında maliyyə göstəricilərinin hesablanması və modelləşdirilməsi üzrə dövri və ad-hoc analitik materiallar hazırlamaq;
  • Yeni biznes istiqamətlərinin biznes modelinin hazırlanmasında və həmin istiqamətlərin operativ performansının qiymətləndirilməsində iştirak etmək;
  • Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi, bankdaxili normativ sənədlər və digər hüquqi aktlardan irəli gələn, vəzifənin əsas funksiyaları ilə əlaqəli digər işləri icra etmək.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Bir — Aparıcı mütəxəssis vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Bir-in aparıcı mütəxəssis vakansiyası üzrə iş Bakıda, PBT2 (Port Baku Tower 2) ünvanında yerləşir.

Son müraciət tarixi nədir?

Bir-in aparıcı mütəxəssis vakansiyasına son müraciət tarixi 26 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Bir-in aparıcı mütəxəssis vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

Bir-in aparıcı mütəxəssis vakansiyasında maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 2 il iş təcrübəsi tələb olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Bir-in aparıcı mütəxəssis vakansiyasında namizəddən IFRS üzrə əsas biliklər, maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) bacarığı, maliyyə təhlili və biznes planlaşdırma, ssenari və həssaslıq analizləri, Excel və modelləşdirmə alətləri üzrə yaxşı səviyyə tələb olunur. Həmçinin Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq, analitik düşüncə və detallara diqqət gözlənilir; SQL və DataIKU kimi platformalarla təcrübə üstünlükdür.

Təhsil tələbi varmı?

Bir-in aparıcı mütəxəssis vakansiyasında maliyyə, iqtisadiyyat, biznes idarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr dərəcəsi üstünlükdür.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, Bir-in aparıcı mütəxəssis vakansiyasında ən azı 2 il iş təcrübəsi tələb olunur.

İşçilərə hansı üstünlüklər təklif olunur?

Bir-in aparıcı mütəxəssis vakansiyasında rəqabətli əməkhaqqı və bonuslar, yüksək təminatlı sığorta, Visa Premium əməkhaqqı kartı, korporativ endirimlər və tədbirlər, əlavə məzuniyyət günləri təklif olunur. Şirkət həmçinin mentorluq, peşəkar inkişaf və ekosistem səviyyəsində öyrənmə imkanları verir.

Gələcək Modelləşdirmə,Qiymətləndirmə və Konsolidasiya olunmuş Hesabatlıq üzrə Aparıcı mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

6

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ