Vakansiya haqqında
Mütəxəssis — Müştəri xidmətləri və moderasiya şöbəsi
Şirkət: PEAKPİN MMC (PeakPin tətbiqi)
Yer: Bakı, ofis
İş qrafiki: bazar ertəsi – cümə 10:00–18:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00
Əmək haqqı: sabit əmək haqqı + nəticəyə görə bonus (müsahibədə ətraflı)
Rəsmi: əmək müqaviləsi, sosial sığorta, illik məzuniyyət
PeakPin haqqında
PeakPin Bakının canlı xəritəsidir: insanlar yaxınlıqdakı kafe, restoran və məkanları, onların kampaniyalarını, tədbirlərini kəşf edir, qısa videolar paylaşır, bir-biri ilə tanış olur. Məkanlar isə PeakPin vasitəsilə yeni müştəri qazanır. Tətbiq App Store və Google Play-də yayımlanır.
Vəzifə haqqında
Mütəxəssis PeakPin-in həm istifadəçiləri, həm də tərəfdaş məkanları ilə birbaşa işləyir. Namizəd marağına və bacarığına görə iki istiqamətdən birində və ya hər ikisində çalışacaq.
1. Korporativ müştərilərə xidmət (məkanlarla iş)
- Qoşulan məkanlarla ilk əlaqə və profilin doldurulmasına kömək
- İlk kampaniya, tədbir və ya PinBox yaratmaqda dəstək
- Məkanla mütəmadi əlaqə, nəticələrin izahı, abunənin yenilənməsi
- Lazım olduqda məkana baş çəkmək
- Zəng və görüşləri daxili portalda qeyd etmək
2. Müştəri dəstəyi və təhlükəsizlik
- İstifadəçilərin çat, e-poçt və zənglə gələn suallarını cavablandırmaq
- Şikayətləri yoxlamaq və qaydalara uyğun qərar vermək
- Məkan profillərini, kampaniyaları, tədbirləri və reklamları yayımdan əvvəl yoxlamaq
- Saxtakarlıq və qayda pozuntusu hallarını aşkar etmək
- Təkrarlanan problemlər barədə məhsul komandasına rəy vermək
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Azərbaycan dilində səlis ünsiyyət; rus və ingilis dili üstünlükdür.
- Mobil tətbiqləri gündəlik istifadə edən, smartfonla rahat işləyən
- Kompüter bilikləri: e-poçt, cədvəllər, veb-portallar, Aİ
- Telefonla danışmağı sevən, nəzakətli, səbirli
- Məsuliyyətli, dəqiq, tez öyrənən
- Məxfi məlumatı qorumaq
Üstünlük verilir: müştəri xidməti, call-center, satış, HoReCa, marketinq və ya moderasiya təcrübəsi; Bakının məkanlarını tanımaq; sürücülük vəsiqəsi.
Biz təklif edirik
- Rəsmi iş və sosial sığorta
- Sabit əmək haqqı + nəticəyə görə yüksək bonus
- Texnologiya şirkətində karyera imkanı, şöbədə rəhbər vəzifələrə yüksəlmək
- İşə başlamazdan əvvəl təlim
- Dostcanlı komanda
Müraciət: CV-nizi ceo@peakpin.app ünvanına göndərin, mövzuya «Mütəxəssis» yazın.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!