Bakı, Abbas Mirza Sharifzade 1
SMM
600 - 700 AZN
KPI-a görə əlavə bonuslarTam-ştat
Ali
03 iyun 2026
13 iyul 2026
VR Media Marketinq agentliyi olaraq əsasən tibb sahəsində sosial media hesablarını idarə edə biləcək SMM axtarırıq. Əgər kontenti “sadəcə paylaşmaq” yox, onu ideyadan nəticəyə qədər düzgün qurmaq sənin işindirsə komandamızda səni görmək istəyirik.
Qeyd: Xüsusən tibbi marketinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Vəzifə öhdəlikləri
Müştərilər üçün sosial media kontent istiqamətini planlamaq və icrasını izləmək
Həftəlik və aylıq kontent təqvimi hazırlamaq və prosesə nəzarət etmək
Reels və post üçün ideya, hook və mətnlər yazmaq
Müştəri briflərini analiz edib onları kontent planına düzgün çevirmək
Dizayner və video komandası üçün aydın brief hazırlamaq (format, mesaj, referans, deadline)
Paylaşımların vaxtında çıxmasını təmin etmək və kontent keyfiyyətini qorumaq
Trend izləməsi edib brendlərə uyğun kreativ təkliflər vermək
Həftəlik qısa nəticə hesabatı hazırlamaq (nə işləyir, nə dəyişməlidir)
Namizədə tələblər
SMM/kontent sahəsində minimum 2 il təcrübə (agentlik təcrübəsi üstünlükdür)
Zövq: vizual hissiyat, mətn və ritm duyumu
Kreativ düşüncə və səlis copywriting bacarığı
Instagram, TikTok, Facebook kimi platformaları aktiv və düzgün istifadə etmək
Tapşırıqları vaxtında, detallı və məsuliyyətlə icra etmək
Komanda ilə işləmək və feedback-lə işi düzəltmək bacarığı
Azərbaycan dilində səlis yazı qabiliyyəti (rus dili üstünlükdür)
Biz nə təklif edirik
Tibbi layihələrdə real təcrübə və inkişaf
Kreativ ideyaların qiymətləndirildiyi iş mühiti
Sistemli iş prosesi və komandadaxili dəstək
Karyera yüksəlişi üçün imkan
İş yeri: Bakı ş., Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 1 (İyul ayında Nərimanova köçürüləcək)
İş rejimi: Ofisdaxili
Əməkhaqqı: 600-700 AZN (təcrübə və bacarıqlara görə)
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.
Sosial Media Marketinq (SMM) mütəxəssisi vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.