Sənədləşmə üzrə inzibatçı

Sənədləşmə üzrə inzibatçı

Kontakt Home
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    18 may 2026

  • Bitmə tarixi

    18 iyun 2026

Diqqət!

Bu elanın vaxtı bitib. Sənədləşmə üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Təsvir

  • Korporativ satış üzrə müştəri borclarının gündəlik izlənilməsi, gecikmələrin təhlil edilməsi və debitor borcların yığılması istiqamətində müştərilərlə kommunikasiya aparılması;
  • Müştərilər tərəfindən təqdim olunan ləğv və düzəliş sorğularına əsasən qaimələrin hazırlanması, icrası və prosesə nəzarətin təmin edilməsi;
  • Eyni cari hesab üzrə yaranmış uyğunsuzluqların araşdırılması və müvafiq düzəlişlərin aparılması;
  • Riskli və problemli müştərilərlə bağlı məlumatların operativ şəkildə maliyyə şöbəsinə yönləndirilməsi;
  • Uzunmüddətli gecikməsi olan və risk qrupuna daxil edilən müştərilər üzrə sənədlərin, aktların və üzləşmə sənədlərinin hazırlanaraq hüquq şöbəsinə təqdim edilməsi;
  • Top müştərilər üzrə satış və təqdim edilmiş qaimələr əsasında üzləşmə hesabatlarının hazırlanması və yoxlanılması;
  • Debitor borcların vəziyyəti ilə bağlı hesabatların hazırlanması və aidiyyəti şöbələrlə koordinasiyanın aparılması;
  • Top müştərilər tərəfindən təqdim olunan hesabat məlumatlarının müəssisənin uçot məlumatları ilə müqayisə edilərək debitor borc qalığının üzləşdirilməsi.


 İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.
  • Əmək haqqı: 900 AZN Gross


Tələblər

  • Yaş həddi: 23–40 yaş;
  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq və yazışma bacarığı (rus dili biliyi arzuolunandır);
  • Microsoft Word və Microsoft Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Detallara diqqət yetirmək və çoxsaylı tapşırıqları eyni vaxtda idarə etmək bacarığı;
  • Məxfilik və peşəkarlıq prinsiplərinə riayət etmək bacarığı.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox