- Agile və Scrum təcrübələrini komanda işi zamanı tətbiq etmək;
 - Sprint planlamasından təqdimata qədər komanda görüşlərinin keçirilməsini dəstəkləmək;
 - Gündəlik görüşlərdə, müxtəlif ölçü alətlərindən istifadə edərək komandanın məqsədlərinə çatmasını və proqresini izləmək;
 - Digər squadlar ilə qarşılıqlı əlaqələri kordinasiya  etmək (məsələn rüblük görüşləri planlaşdırmaq və digər komandalarla görüşləri sinxronizasiya etmək); 
 - Digər qruplara və təşkilatın hissələrinə komanda ilə effektiv ünsiyyət və qarşılıqlı əlaqə qurmağa kömək etmək;
 - Agile görüşlərinin və praktikalarının uyğunluğunu və tətbiqini təmin etmək, həmçinin  ehtiyac yarandığı halda yeni texnikaları komandaya öyrətmək;
 - Komanda üzvləri arasında retrospektivləri və rəy mübadiləsini asanlaşdırmaqla inamlı mühit yaratmaq və onu qorumaq;
 - Retrospektiv görüşlərin nəticəsindən asılı olaraq, komandaların zəif və güclü tərəflərini müəyyən etmək və müvafiq kommunikasiya və tədbirlər planını hazırlamaq;
 - Komandanın yolundakı maneələri təmizləmək (məsələn, digər Komandalardan asılılıqlar), maneələrin siyahısını saxlamaq;
 - Komandaya scrum metodologiyası, eləcə də özünü təşkil etmə və çarpaz funksionallığın tətbiqi üzrə dəstək olmaq;
 - Məhsulun inkişafına öz səlahiyyətləri daxilində töhfə vermək.
 
Namizədə tələblər:- Güclü ünsiyyət bacarıqlarına;
 - Komandaya çevik təcrübələr öyrətmək və maksimum biznes dəyərini vaxtında çatdırmaq üçün agile metodologiyaya riayət etməyi təmin etmək bacarığına; 
 - İddialı, inamlı, komandanın səsi olmaq bacarığına;
 - Yenilikçi düşüncəni və özünü inkişaf etdirməyi təşviq etmək bacarığına;
 - Müvafiq istiqamətlər/məhsullar/ müştəri təcrübələri haqqında biliklərə;
 - Məhsul sahibi, proqramçı və layihə rəhbəri kimi iş təcrübəsinə ( üstünlükdür);
 - Scrum və Agile komandalarda işləmə təcrübəsinə (böyük üstünlükdür);
 - Agile, Scrum və Layihə idarəçiliyi üzrə müvafiq sertifikatlara (PSM, CSM, PMP, PSPO) (üstünlükdür);
 - Maneələri müəyyən etmək, onlara proaktiv yanaşmaq, maneələri idarə etmək üçün əlaqədar təşkilatın maraqlı tərəfləri ilə əlaqə saxlamaq bacarığına;
 - Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
 - Konstruktiv ünsiyyət və mentorluq bacarıqlarına sahib olan şəxsdir. 
 
- Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
 
                                                        Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!