Vakansiya haqqında
Satışın inkişafı üzrə kiçik mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Satışın inkişafı üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Satışın inkişafı üzrə kiçik mütəxəssis nə iş görür?
- Partnyorlarla birbaşa görüşərək əməkdaşlığı inkişaf etdirmək və qoyulmuş satış hədəflərini yerinə yetirmək;
- Təqdim edilmiş yeni təkliflərin qiymətləndirilməsi, analiz edilməsi;
- Mövcud məhsul və xidmətlərlə bağlı trendleri təqib etmək, axsayan əməliyyatlarla bağlı proseslərinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
- KPI-lara əsasən hədəfə yönəlik satış və hərəkət planları hazırlmaq;
- Partnyorların sorğularını cavablandırmaqla satış sonrası texniki dəstək göstərmək;
- Partnyor ilə şirkət arasında koordinasiyanın yaradılması;
- Lazımi hesabatların hazırlanması.
Əlavə məlumat
Bazar ertəsi – Cümə: 09:30 – 18:30
Şənbə: 10:00 – 14:00
Əmək haqqı: 300-500 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satışın inkişafı üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil;
- 21-29 yaş aralığında gənclər;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!