Satış üzrə Menecer

Satış üzrə Menecer

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    09 fevral 2020

  • Bitmə tarixi

    10 mart 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Satış üzrə menecer vakansiyaları üçün bura keçid edin!

Əsas vəzifələr:

• Satış meneceri şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.
• Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
• Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
• Müştərilər haqqında məlumat toplayır və onlarla əlaqə qurub əməkdaşlıq edir.
• Satış bazarında reklama ehtiyacını təhlil edir, dəyərləndirir və satışını həyata keçirir.
• Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.
• Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
• Müştəriyə daha çox məhsul almağa sövq edir.
• Bazar, müştərilər, rəqiblər, onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəqiq və düzgün şəkildə Satış Direktoruna təqdim edir.
• Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına nail olur.
• Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.
• Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

 Ali təhsil;
 “B to B” satışında (ideal olaraq reklam sahəsində) ən azı 1 il iş təcrübəsi;
 “Soyuq satış” metodu ilə satışın həayata keçirilməsində təcrübə;
 Müştəri bazası olan namizədlərə üstünlük verilir;
 Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
 İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
 Yüksək səviyyəli ünsiyyət bacarıqları;
 Təqdimetmə bacarıqları;
 Dünya görüşü və biliyə həvəs;
 Komandada işləmək bacarığı;
 Çeviklik və tez öyrənmə bacarığı;
 Stressə dözümlülük və gərgn qrafiklə işləmək bacarığı;
 Kompüter bilikləri (MS Office).

Üstünlüklərimiz:

• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti;
• Nəqliyyat xidmətləri şirkət tərəfindən təşkil olunur.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi hr@timesconsulting.az e-mail ünvanına göndərəsiniz.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #837324

  • 1137

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox