−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Vaxtı bitib

Satış üzrə araşdırmaçı (təcrübə)

22 aprel 2022 4 114 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Təcrübəçi
  • Təhsil Ali
  • Təcrübə 1 ildən az
  • Yaş 21–25
  • Bitmə tarixi 22 may 2022
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. Satış təmsilçisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Satış təmsilçisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 3 272 aktiv namizəd Satış təmsilçisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC Satışın inkişafı bölməsində Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyasını elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və analizində iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

  • Yeni satış məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
  • Satış proseslərinin təkmilləşdirilməsi və satışın inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
  • Gələcək satış və marketinq planlarımızı istiqamətləndirmək üçün müştərilər, satış meylləri, məhsullar və xidmətlər haqqında məlumat toplamaq və təkliflər hazırlamaq.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış üzrə araşdırmaçı (təcrübə)” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizədə tələblər:

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil (IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);
  • Qəbul imtahanında 600+ bal toplamaq;
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);
  • Məsələlərə analitik yanaşmaq;
  • Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);
  • MS Office və Google Tool-larından istifadə edə bilmək.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Satış üzrə araşdırmaçı (təcrübə) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ