Bakı, 8 Noyabr pr.15
Satış üzrə mütəxəssis
Razılaşma ilə
Tam-ştat
Orta
09 oktyabr 2025
08 noyabr 2025
Satış təmsilçisi
İş barədə məlumat
Mağazaya daxil olan müştərini gülərüz və nəzakətlə salamlamaq.
Müştərinin ehtiyaclarını müəyyən etmək, diqqətlə dinləyib və sorğularını dəqiqləşdirmək.
Müştərinin istəklərinə uyğun məhsulu təqdim etmək, məhsulun keyfiyyəti, xüsusiyyətləri, istifadəsi və qiyməti barədə dolğun məlumat vermək.Alternativ məhsullar təklif edərək müştərinin seçim imkanlarını genişləndirmək.
Müştərinin verdiyi suallara dəqiq, düzgün və aydın cavab vermək.
Məhsulların qiymət etiketlərinin düzgün qeyd olunmasına, kampaniya və endirim dövrlərində qiymətlərin vaxtında yenilənməsinə nəzarət etmək.
Müştərinin doğru seçim etməsinə kömək edib, alış prosesini asanlaşdırmaq.
Müştəri məhsul almağa qərar verdikdə onu nəzakətlə kassaya yönləndirmək..
Satış zalında məhsulların səliqəli, düzgün və standartlara uyğun şəkildə düzülməsinə nəzarət etmək.
Mağaza daxili qaydalara, etik davranış normalarına və intizam tələblərinə əməl etmək.
Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri, stoku və qiymətləri haqqında tam informasiyaya sahib olmaq.
Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və düzgün icra etmək.
Namizədə tələblər
Vahid komandada işləmək qabiliyyəti;
Azərbaycan, Rus, İngilis dillərini bilmək üstünlükdür;
Əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
İş qrafiki
Həftə içi 6 gün, 10:00 -22:00 / (növbəli qrafik) nahar fasiləsi 13:00 - 14:00
Əməyin ödənilməsi
Müsahibə əsasında təyin olunacaq
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Karyera və inkişaf perspektivləri;
Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
Arzum Beauty House-un peşəkar komandasının bir üzvü olmaq imkanı;
Qeydlər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) Hr@arzumbeauty.com elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satış təmsilçisi ) göstərməyiniz xahiş olunur.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.