Satış təmsilçisi

Satış təmsilçisi

Melissa Group
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 sentyabr 2020

  • Bitmə tarixi

    16 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Satış təmsilçisi vakansiyaları üçün bura keçid edin!

Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik.

Elan etdiyimiz vakansiya “Satış təmsilçisi” vakansiyasıdır.

İş barədə məlumat:

- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
-Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
-Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi
- Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, mənzillər, onların təmiri, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
- Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
- Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;
- Mənzilin təmir növlərinin seçilməsində müştəriyə köməklik göstərilməsi;
- İnteryerin layihəsinin dəyişdirilməsində məsləhətlərin veriməsi, lazım gəldiyi təqdirdə memara yönləndirilməsi;
- Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
- Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
- Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi.
- Əmək haqqı 500 AZN+ bonus olaraq müəyyən olunur.
- İş qrafiki altı günlük iş həftəsi olaraq müəyyən olunur.

Namizədə tələblər:

- Ali təhsil (sahə üzrə olması arzuolunandır)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübə arzuolunandır);
- Riyazi hesablama və kompüterdən istifadə bacarığı (1C, MS Excel, MS Word)
- Komandada işləmə və satış həyata keçirmə bacarığı;
- Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
- Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması;
- Sürücülük vəsiqəsi
- Məsuliyyət, etik davranış və nizam-intizam.

CV-lərinizi hr@melissagroup.az ünvanına "satış təmsilçisi " başlığı ilə göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox