Vakansiya haqqında
Azərbaycanda Sərnişin,yük avtomobilləri və kranların rəsmi distribütoru olan “İRZS Motors” MMC tərəfindən şirkətlərə satışı həyata keçirilməsi üçün satış meneceri axtarılır.
- Şirkət məhsullarının satışının təşkili
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
- Rəhbərliyə görülmüş işlər barədə hesabatların verilməsi
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Həftədə 5 tam iş günü
- Əmək haqqı 400 + satışdan % + yanacaq pulu veriləcək
- Korporativ nömrə ilə təmin olunacaq
- Xanım namizədlər CV göndərə bilər
- Şəxsi avtomobilin olması üstünlükdür
- Azərbaycan dilində səlist nitq (Rus və İngilis dilləri arzuolunandır)
- Avtomobillər barədə məlumatlı olmaq
- Word, Excel və Outlook proqramları ilə işləmə bacarığı
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Aktiv şəkildə yeni müştəri axtarmaq
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
CV-ləri r.zeynalov@irzsmotors.az e-mailinə "Satış Meneceri ” başlığı ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!