Vaxtı bitib

Satış Meneceri

26 aprel 2026 2 225 baxış

Diqqət!

Bu elanın vaxtı bitib. Satış təmsilçisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Satış təmsilçisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 2 734 aktiv namizəd Satış təmsilçisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Biz Bakıda fəaliyyət göstərən 2 stomatoloji klinikanın satış göstəricilərini artırmaq üçün peşəkar satış meneceri axtarırıq. Pasiyentlərimizin əsas müraciət kanalı Instagramdır — gündəlik onlarca DM, story cavabı və reklam müraciəti daxil olur. Sizin vəzifəniz bu müraciətləri itirilmədən, düzgün mesajlaşma ilə görüşə, görüşü isə real pasiyentə çevirmək olacaq.

Əsas vəzifələriniz:

Instagram üzrə satış:

  • Daxil olan DM-lərə maksimum 15 dəqiqə ərzində cavab vermək
  • Hər müraciəti strukturlu söhbətə çevirmək — pasiyentin problemini anlamaq, düzgün xidməti təqdim etmək, görüş ayırtmaq
  • "Qiymət nə qədərdir?" tipli sualları sadəcə cavablandırmaq deyil, söhbəti görüşə doğru yönləndirmək
  • Story reaksiyaları, comment-lər və reklam leadlərini izləmək və cavablandırmaq
  • "Düşünəcəm", "bahalıdır", "sonra yazaram" kimi etirazları peşəkarcasına idarə etmək

Telefon zəngləri:

  • Maraqlanan lakin hələ qərar verməyən pasiyentlərə zəng edib konsultasiyaya dəvət etmək
  • Zəngdə klinikanı inamlı şəkildə təqdim etmək, sualları cavablandırmaq
  • Pasiyenti klinikaya fiziki gəlişə razı salmaq — bu sizin əsas KPI-nızdır
  • Cavabsız qalan zənglərə mütləq geri dönmək, lead itkisinin qarşısını almaq

Ümumi:

  • Hər müraciəti qeydiyyata almaq və nəticəsini izləmək
  • Həftəlik: daxil olan müraciət sayı, görüşə çevrilmə faizi, itirilən leadlər üzrə hesabat vermək
  • Uğurlu söhbət nümunələrini sistemləşdirərək skript bazasını inkişaf etdirmək

Sizdən gözlədiklərimiz:

  • Instagram üzrə aktiv satış təcrübəsi — ən azı 1 il (DM vasitəsilə müştəri cəlbi)
  • Telefonda güclü ünsiyyət bacarığı — həm dinləmək, həm inandırmaq, həm də istiqamətləndirmək bacarığı
  • Satış psixologiyasını praktiki bilmək: etiraz idarəsi, güvən yaratma, doğru sual vermə texnikaları
  • Sürətli və düzgün yazılı ünsiyyət — mesajınız həm mehriban, həm peşəkar olmalıdır
  • Azərbaycan dilini mükəmməl bilmək, rusca ünsiyyət üstünlük sayılacaq
  • Nəticəyə yönəlmiş düşüncə tərzi — işinizi rəqəmlərlə ölçə bilməlisiniz
  • Tibbi, estetika və ya gözəllik sahəsindəki klinikada təcrübə — üstünlük sayılacaq

Biz sizə nə təklif edirik:

  • Sabit maaş + hər uğurlu görüş üçün ayrıca bonus sistemi
  • İki klinika üzrə geniş müraciət axını — çox lead, çox qazanc imkanı
  • Daxili satış təlimləri, hazır skript bazası və davamlı dəstək

İş rejimi: Hibrid 
Ünvan: Sənan Kərimov 3. Xətai m/s. yaxınlığı, Xətai Residence

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Satış Meneceri vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ