Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
Ali
15 sentyabr 2025
15 oktyabr 2025
Şirkətimiz peşəkar komandasında "qeydiyyatçı reseption" vəzifəsində kadrları çalışmağa dəvət edir. Axtardığımız namizəd sənədləşmə işlərini savadlı və dəqiq icra edən, ofisdaxili koordinasiya bacarığına malik, ünsiyyətcil və xoş xasiyyətli olmalıdır.
Əsasə tələblər:
Ali təhsilini başa vurmuş;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı;
Rəsmi sənədlərin düzgün yazılış qaydalarını bilməli, sənədləşmə və ofisdaxili yazışma işlərində təcrübə;
Ofisdaxili koordinasiya və təşkilati bacarıqlar;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
Vaxtın düzgün idarə edilməsini bilməli və tapşırıqların son müddət tarixinini əsas saxlamaqla icra etməsi;
Korporativ etik qaydaları bilməsi və işində tətbiq etməsi;
Səliqəli, məsuliyyətli, dürüst, vicdanlı və operativ iş yanaşması.
Vəzifə öhdəlikləri:
Qonaqların qarşılanması, telefon zənglərinin cavablandırılması və yönləndirilməsi;
Rəsmi sənədlərin hazırlanması və qeydiyyatının aparılması;
Rəhbərliyin vəzifəsi ilə bağlı müvafiq tapşırıqlarının icrası;
Ofisdaxili əlaqələndirmənin və gündəlik iş proseslərinin təşkili.
Biz təklif edirik:
Peşəkar və mehriban komanda ilə iş mühiti;
Karyera və inkişaf imkanları;
Stabil əmək haqqı;
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
Tələblərə cavab verən namizədlər cv formalarını hrvacancy.comp@gmail.com ünvanına göndərə bilər. Məktub başlığında vəzifənin adını qeyd etməli və 2-3 cümlədən ibarət motivasiya məktubu yazmalıdır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.