Vakansiya haqqında
Təsvir
- Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və brend/məhsul kampaniyalarının həyata keçirilməsi;
- Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və koordinasiyası;
- Kampaniyaların effektivliyinin ölçülməsi, nəticələrin təhlili və müntəzəm performans hesabatlarının hazırlanması;
- Reklam büdcəsinin hazırlanması, rəhbərliyə təqdim edilməsi və təsdiqlənmiş büdcə çərçivəsində icrasına nəzarət;
- Veb-saytlar üzrə SEO strategiyasının hazırlanması və həyata keçirilməsi (texniki SEO, On-page SEO və kontent SEO);
- Hesabatların hazırlanması, kampaniyaların idarə edilməsi və təkrarlanan marketinq proseslərinin AI alətləri vasitəsilə avtomatlaşdırılması;
- Yeni kommunikasiya kanallarının və rəqəmsal alətlərin araşdırılması, qiymətləndirilməsi və marketinq proseslərinə inteqrasiyası;
- Marketinq fəaliyyətləri üzrə təqdimatların və hesabatların hazırlanması;
- Kampaniya prosesində yaranan texniki və strateji problemlərin operativ müəyyənləşdirilməsi və həll edilməsi.
Tələblər
- Ali təhsil;
- Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi (e-commerce sahəsində təcrübə üstünlükdür);
- Rus dilini sərbəst (yazılı və şifahi), Azərbaycan dilini mükəmməl bilmək mütləqdir; ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlükdür;
- SEO üzrə biliklər: açar söz araşdırması, texniki SEO auditi, on-page optimallaşdırma və kontent planlaması;
- AI və marketinq avtomatlaşdırılması üzrə biliklər: Make.com, n8n və ya Zapier vasitəsilə iş axınlarının qurulması, ChatGPT, Claude, Gemini kimi AI alətlərinin marketinq proseslərində tətbiqi;
- Analitik düşüncə, data ilə işləmək və Excel/Google Sheets proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!