PREMİUM Yeni

Rəqəmsal (Digital) Marketinq mütəxəssisi

19 noyabr 2026 1 058 baxış

  • Maaş 600 - 1200 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Vacib deyil
  • Təcrübə 1 ildən 3 ilə qədər
  • Bitmə tarixi 19 dekabr 2026 28 gün qalıb
  • Ünvan Bakı, Qara Qarayev 84 Xəritədə bax

Vakansiya haqqında

Amigo Servis komandamızı genişləndiririk! Sosial media sahəsində təcrübəsi olan, kreativ düşünən, video çəkiliş və montaj bacarıqlarına sahib, yeniliklərə açıq əməkdaş axtarırıq.

Bizə sadəcə sosial şəbəkələrdə paylaşım edən deyil, brendimizin sosial mediada inkişafına töhfə verəcək, maraqlı kontentlər hazırlayacaq və izləyicilərin diqqətini cəlb etməyi bacaran mütəxəssis lazımdır.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

1. Video çəkiliş və kontent hazırlanması

  • Telefon təmiri proseslərinin peşəkar şəkildə video çəkilişini həyata keçirmək;

  • Usta və texniki əməkdaşlarla birlikdə maraqlı təmir videoları hazırlamaq;

  • Telefonların təmir öncəsi və sonrası görüntülərini çəkmək;

  • Reels, TikTok və digər qısa formatlı videolar hazırlamaq;

  • Trend olan video formatlarını və ideyaları Amigo Servisə uyğunlaşdırmaq;

  • Reklam, təqdimat və maarifləndirici videolar çəkmək;

  • Çəkilən videoların montajını, səsləndirilməsini və vizual tərtibatını həyata keçirmək.

2. Sosial media hesablarının idarə olunması

  • Instagram, Facebook və TikTok səhifələrinin gündəlik idarə edilməsi;

  • Paylaşımların planlaşdırılması və vaxtında yayımlanması;

  • Həftəlik və aylıq kontent planının hazırlanması;

  • Səhifələrin vizual görünüşünün və vahid üslubunun qorunması;

  • İzləyicilərlə qarşılıqlı əlaqənin və aktivliyin artırılması;

  • Sosial şəbəkələrdə aktual trendlərin izlənilməsi;

  • Səhifələrin statistik göstəricilərinin təhlili və inkişaf strategiyasının hazırlanması.

3. Dizayn və qrafik işlər

  • Instagram postları, Stories və reklam bannerlərinin hazırlanması;

  • Xidmətlər və kampaniyalar üçün kreativ dizaynların yaradılması;

  • Yeni xidmətlərin və filialların sosial mediada təqdim edilməsi;

  • Brendin vizual kimliyinə uyğun dizaynların hazırlanması;

  • Paylaşımlar üçün cəlbedici başlıqlar və reklam mətnlərinin yazılması.

4. Reklam və marketinq fəaliyyəti

  • Sosial media reklamları üçün kreativ materialların hazırlanması;

  • Meta reklamları (Instagram və Facebook Ads) üzrə işləmək;

  • Reklam kampaniyalarının nəticələrini izləmək və təhlil etmək;

  • Brendin tanınması və müştəri cəlbinin artırılması üçün yeni ideyalar təklif etmək;

  • Rəqib səhifələri və bazardakı yenilikləri izləmək.

👤 NAMİZƏDƏ TƏLƏBLƏR

  • SMM və kontent yaradılması sahəsində iş təcrübəsi;

  • Video çəkiliş və montaj bacarığı;

  • CapCut, Canva, Photoshop və ya oxşar proqramlarla işləmək bacarığı;

  • Instagram, Facebook və TikTok platformalarının iş prinsiplərini bilmək;

  • Kreativ ideyalar yaratmaq və onları reallaşdırmaq bacarığı;

  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;

  • Məsuliyyətli, operativ və intizamlı olmaq;

  • Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.

ƏLAVƏ ÜSTÜNLÜK HESAB OLUNUR:

  • Meta Ads Manager ilə işləmək təcrübəsi;

  • Telefon, texnologiya və elektronika sahəsinə maraq;

  • Peşəkar kamera və mobil telefonla çəkiliş bacarığı;

  • Video ssenarilərinin hazırlanması və kreativ reklam ideyalarının yaradılması;

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

İş yeri xəritədə

Bakı, Qara Qarayev 84

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi elanda göstərilən e-poçt ünvanına göndərin.

E-poçt göstər

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Amigo Servis — Rəqəmsal (Digital) Marketinq mütəxəssisi vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasında maaş 600–1200 AZN təşkil edir.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyası üzrə iş Bakıda, Qara Qarayev 84 ünvanında yerləşir. İş rejimi tam ştatdır.

Son müraciət tarixi nədir?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasına müraciət üçün son tarix 19 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasına müraciət etmək üçün CV elanda göstərilən e-poçt ünvanına göndərilir. Ünvanı görmək üçün elan səhifəsində "E-poçt göstər" düyməsinə klikləmək lazımdır.

Neçə il iş təcrübəsi tələb olunur?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasında 1 ildən 3 ilə qədər iş təcrübəsi tələb olunur. Namizəddən xüsusilə SMM və kontent yaradılması sahəsində təcrübə gözlənilir.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasında namizəddən video çəkiliş və montaj, CapCut, Canva, Photoshop və ya oxşar proqramlarla işləmək, Instagram, Facebook və TikTok platformalarının iş prinsiplərini bilmək, kreativ ideyalar yaratmaq, Azərbaycan dilində düzgün və səlis yazmaq bacarığı tələb olunur. Məsuliyyətli, operativ, intizamlı olmaq və komanda ilə işləmək də vacibdir. Meta Ads Manager təcrübəsi və peşəkar kamera ilə çəkiliş bacarığı əlavə üstünlük sayılır.

Təhsil tələbi varmı?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasında təhsil tələbi vacib deyil.

İş qrafiki necədir?

Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasında iş rejimi tam ştatdır.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, Amigo Servisin rəqəmsal (digital) marketinq mütəxəssisi vakansiyasında ən azı 1 il iş təcrübəsi tələb olunur.

Gələcək Rəqəmsal (Digital) Marketinq mütəxəssisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

3

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ