Vakansiya haqqında
Vacancy: Qrafik Dizayner
Vəzifələr:
• Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
• Reklam kampaniyalarının proyektlərinin hazırlanması;
• Plakatların, sütunların, bannerlərin maketlərinin hazırlanması, kataloqlarin hazirlanmasi;
• Vitrinlərin hazırlanmasında iştirak;
• Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;
• Şirkətin imicinin və reklam strateqiyasının hazırlanmasında iştirak;
• Marketinq layinhələrinin vizuallaşdırılması;
• Poliqrafik məhsulların hazırlanması.
Tələblər:
• Qrafik dizayn sahəsində - 3 il iş təcrübəsi;
• Photoshop, Corel Draw, Adobe Illustrator proqramlarını bilməli, 3DMax, Maya, Adobe Aftereffect proqramlarını bilməsi arzuolunandır;
• Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə, illustrasiyaların və şəkillərin istifadəsi;
• Koloristikanın əsaslarını bilməli;
• Detallara qarşı diqqətli olmalıdır.
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə;
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00;
• Rəqabətqabiliyyətli əmək haqqı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qrafik Dizayner” qeyd edərək CV-nizi və Portfolionuzu hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!