Vaxtı bitib

UI/UX dizayner

28 sentyabr 2026 17 478 baxış

  • Maaş 400 - 800 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Vacib deyil
  • Təcrübə Vacib deyil
  • Bitmə tarixi 28 oktyabr 2026
  • Ünvan Sumqayıt, Bulvar küçəsi
Diqqət!

Bu elanın vaxtı bitib. UI/UX dizayner vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

UI/UX dizayner üzrə əməkdaş axtarırsınız?

Hazırda 178 aktiv namizəd UI/UX dizayner vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

UI/UX Designer junior, strong junior

Şirkət: Chingizkhan Technologies
İş yeri: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Maaş: 400–800 AZN — razılaşmağa əsasən

Biz kimik və kim axtarırıq?

Chingizkhan Technologies müxtəlif rəqəmsal məhsullar, veb platformalar və texnologiya layihələri üzərində çalışan yeni nəsil texnologiya şirkətidir. Hazırda komandamıza UI/UX Designer axtarırıq.

Bizim üçün illərin təcrübəsindən və diplomdan daha vacib olan UI/UX sahəsinə real marağın, öyrənmək istəyin və inkişaf potensialındır.

Kurs keçmisənsə, öz üzərində işləyirsənsə, şəxsi layihələr hazırlamısansa və bu sahədə peşəkarlaşmaq istəyirsənsə, müraciət edə bilərsən.

Şirkət haqqında

Şirkətimizi və komandamızı hazırda sıfırdan formalaşdırırıq. Buna görə potensialı olan, öyrənməyə açıq və bizimlə birlikdə inkişaf etmək istəyən namizədlərə üstünlük veririk. Təcrübəli namizədlər də nəzərdən keçiriləcək. Lazım olduqda komandanın inkişafı üçün mentor və peşəkar dəstək də cəlb edəcəyik.
Qeyd: Heçbir sosial şəbəkədə aktiv olaraq fəaliyyətimiz yoxdur.

Kimə üstünlük veriləcək?

İş yerimiz Sumqayıtda olduğu üçün ilk növbədə Sumqayıtda və yaxın ərazidə yaşayanlara üstünlük veririk yol probleminə görə. Digər şəhər və rayonlardan müraciətlər də nəzərdən keçiriləcək.

Təcrübə və təhsil

Təcrübə: Mütləq deyil. Kurslar, şəxsi layihələr, portfolio və öz üzərində işləməyin bizim üçün önəmlidir.

Təhsil: Universitet diplomu məcburi deyil. Dizayn, UI/UX, qrafik dizayn və ya IT sahəsində təhsil üstünlükdür.

Xarici dil: Məcburi deyil.

Texniki bacarıqlar

Əsas tələblər:

  • Figma
  • Balsamiq
  • Maze
  • Auto Layout
  • Components & Variants
  • Interactive Prototyping
  • Responsive Design
  • User Flow və Wireframing
  • UI əsasları: Typography, Color, Spacing, Grid
  • Mobile və Web UI Design

Əlavə üstünlükdür:

  • Design System
  • UX Research və Usability Testing
  • HTML/CSS üzrə əsas bilik
  • Graphic Design
  • Photoshop / Illustrator
  • Miro / FigJam
  • Developer handoff

Bacarıq səviyyən və portfolio işlərin başlanğıc maaşının müəyyən edilməsində nəzərə alınacaq.

Bizim üçün ən vacib məsələ — yanaşmandır.

Yəni tapşırıq qarşısında “bilmirəm”, “mənim sahəm deyil”, “etməmişəm” deyib geri çəkilməyini istəmirik.

“Bilmirəm, amma öyrənəcəyəm” yanaşmasını gözləyirik.

Hər şeyi bilməyin vacib deyil. Əsas olan araşdırmaq, sual vermək, öyrənmək və problemi həll etməyə çalışmaqdır.

Sənə nə təklif edirik?

  • Stabil və uzunmüddətli iş
  • Real layihələrdə praktiki təcrübə
  • Portfolio və peşəkar inkişaf
  • Məsuliyyət və karyera artımı
  • Bacarıq və nəticələr artdıqca maaşın yenidən qiymətləndirilməsi
  • Gələcəkdə bonus və əlavə motivasiya sistemləri
  • Daha böyük və beynəlxalq layihələrdə iştirak imkanları

Məqsədimiz sadəcə işçi tapmaq deyil, uzunmüddətli peşəkar komanda qurmaqdır.

Müraciət

Əgər UI/UX sahəsində özünü görürsənsə və bizimlə birlikdə inkişaf etmək istəyirsənsə, CV + Portfolio/Figma/Behance linkini göndər.

Ünvan: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Əlaqə: 055 - 963 22 77 (Yalnız WhatsApp vasitəsilə mesaj göndərin)

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək UI/UX dizayner vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ