Öhdəliklər:
- İstifadə etdiyi nəqliyyat vasitəsini təmiz, yararlı və saz vəziyyətdə saxlamaq;
- Bankın avtomobilinə kənar şəxsləri əyləşdirməmək, rəhbərinin təyin etdiyi marşrut üzrə hərəkət etmək;
- Ona etibar olunan sənəd və ya əşyaları lazım olan ünvana vaxtında və zədəsiz çatdırmaq, həmin sənəd və ya əşyaların məxfiliyini qoruyub saxlamaq;
- Nəqliyyat vasitəsinin istifadəsində gərəkli sənədlərin (etibarnamə, yol kağızı, yanacaq kartı, sığorta şəhadətnaməsi, texniki pasport, sürücülük vəsiqəsi) müddəti bitməmiş, müvafiq orqan və idarələrdən və ya birbaşa rəhbərindən almaq;
- Nəqliyyat vasitəsinin vaxtı-vaxtında dövri texniki baxışdan keçirmək;
- Nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi qayda pozuntusuna görə təyin olunmuş cərimələri vaxtında ödəmək;
- Fəaliyyətinə dair bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər:
- Minimum 2 il sürücülük təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və rus dili bilikləri;
- Nəqliyyat vasitə ilə davranış və yolda hərəkət etmə təcrübəsi;
- “B” və ya "BC" kategoriyalı sürücülük vəsiqəsi;
- Bakı şəhərini yaxşı tanımaq;
- Nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!