Yeni

Elektrovoz maşinist köməkçisi (Şabran)

18 noyabr 2026 19 baxış

Vakansiya haqqında

Təsvir

  • Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək;
  • Elektrovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək;
  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq;
  • Elektrovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək;
  • Maşinistlə maşinist köməkçisi arasında danışıq reqlamentini dəqiq yerinə yetirmək;
  • Elektrovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Elektrovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq;
  • Elektrovoz dayanarkən, ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək;
  • Elektrovozda nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırılması üçün lazımı tədbirlər görmək;
  • Elektrovozda olan təhlükəsizlik qurğularının işinə nəzarət etmək;
  • Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (elektrovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək;
  • Maşinist elektrovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (elektrovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;

Tələblər

  • Təhsil: peşə təhsili (müvafiq sahə üzrə).
  • Vəsiqə tələbi: Elektrovoz maşinist köməkçisi vəsiqəsi.
  • Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ)
  • Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı.
  • Qatarların hərəkəti və manevr işinə dair Təlimat.
  • Lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimat.
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq, problem həlletmə, mühitə uyğunlaşma.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Azərbaycan Dəmir Yolları QSC — Elektrovoz maşinist köməkçisi vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Azərbaycan Dəmir Yolları QSC-nin elektrovoz maşinist köməkçisi vakansiyası üzrə iş Şabranda yerləşir.

Son müraciət tarixi nədir?

Azərbaycan Dəmir Yolları QSC-nin elektrovoz maşinist köməkçisi vakansiyasına müraciət üçün son tarix 11 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Azərbaycan Dəmir Yolları QSC-nin elektrovoz maşinist köməkçisi vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Azərbaycan Dəmir Yolları QSC-nin elektrovoz maşinist köməkçisi vakansiyasında namizəddən diqqətlilik, peşəkar ehtiyatlılıq, problem həlletmə və mühitə uyğunlaşma tələb olunur. Namizəd həmçinin elektrik qurğularının istismarında TİQ və TTQ qaydalarını, işarəvermə təlimatını, qatarların hərəkəti və manevr işinə dair təlimatı, lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimatı bilməlidir. Elektrovoz maşinist köməkçisi vəsiqəsi də tələb olunur.

Təhsil tələbi varmı?

Bəli, Azərbaycan Dəmir Yolları QSC-nin elektrovoz maşinist köməkçisi vakansiyasında müvafiq sahə üzrə peşə təhsili tələb olunur.

İş qrafiki necədir?

Azərbaycan Dəmir Yolları QSC-nin elektrovoz maşinist köməkçisi vakansiyasında işçi işə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlməlidir. Gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmalıdır.

Gələcək Elektrovoz maşinist köməkçisi (Şabran) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

10

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ