Proqramlaşdırma şöbəsinin Baş mütəxəssisi (flutter)

Proqramlaşdırma şöbəsinin Baş mütəxəssisi (flutter)

ATB Bank
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    13 may 2026

  • Bitmə tarixi

    13 iyun 2026

Təsvir

  • Mobil bank tətbiqi üzrə təqdim edilmiş development tapşırıqlarının icrasını təmin etmək;
  • Yeni ekranların, istifadəçi axınlarının və funksionallıqların hazırlanması prosesində iştirak etmək;
  • Mövcud funksionallıqlarda dəyişikliklərin həyata keçirilməsi, optimallaşdırma və təkmilləşdirmə işlərini aparmaq;
  • Backend API-lərlə inteqrasiyaları həyata keçirmək, inteqrasiya zamanı yaranan problemləri araşdırmaq və həll etmək;
  • Aşkarlanmış bug-ları analiz etmək, yaranma səbəblərini müəyyənləşdirmək və müvafiq həllər tətbiq etmək;
  • Mövcud layihə strukturuna uyğun şəkildə kod yazılmasını təmin etmək və müəyyən edilmiş struktur prinsiplərinə riayət etmək;
  • Tapşırıqlar üzrə texniki məsələləri vaxtında müəyyənləşdirmək və uyğun həll variantları təklif etmək;
  • Zərurət yarandıqda mövcud kod bazasında refactoring işləri aparmaq və texniki borcun azaldılmasına töhfə vermək;
  • Görülən işlərlə bağlı texniki sənədləşməni yeniləmək və yeni texniki dokumentasiya hazırlamaq;
  • QA mərhələsində aşkar olunan problemlərin aradan qaldırılmasını təmin etmək;
  • Product, design, backend və QA komandaları ilə development prosesində koordinasiyalı əməkdaşlıq etmək;
  • Release prosesi zamanı edilən dəyişikliklərin stabil işləməsinə nəzarət etmək;
  • Bank tətbiqi üçün vacib olan stabil işləmə, təhlükəsizlik və istifadəçi təcrübəsi prinsiplərini development prosesində nəzərə almaq.

Tələblər

  • Flutter/Dart üzrə minimum 4 ildən artıq praktiki iş təcrübəsinə malik olmaq;
  • Production səviyyəli mobil tətbiqlərlə işləmə təcrübəsinə sahib olmaq;
  • Bloc/Cubit texnologiyaları ilə işləmə təcrübəsinə malik olmaq;
  • Clean Architecture və modular project structure prinsiplərini yaxşı səviyyədə anlamaq;
  • Dio, Retrofit, GetIt/Injectable və AutoRoute texnologiyaları ilə işləmə təcrübəsinə sahib olmaq;
  • Mövcud layihə strukturunu qısa müddətdə mənimsəmək bacarığına malik olmaq;
  • Kod keyfiyyəti, oxunaqlılıq və maintainability prinsiplərinə yüksək önəm vermək;
  • Tapşırıqları müstəqil şəkildə analiz etmək, autonom və məsuliyyətli yanaşma nümayiş etdirmək;
  • Solution-oriented düşüncə tərzinə sahib olmaq;
  • AI alətlərindən development prosesində düzgün və effektiv şəkildə istifadə etmək bacarığına malik olmaq;
  • Texniki dokumentasiyanı oxumaq və hazırlamaq bacarığına sahib olmaq;
  • Agile/Scrum mühitində komanda ilə effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq;
  • İngilis dilində texniki dokumentasiya ilə işləmək bacarığına sahib olmaq;
  • Bank və ya fintech sahəsində mobil tətbiqlərlə işləmə təcrübəsi üstünlük hesab olunur;
  • Android və/və ya iOS native development biliklərinin olması üstünlük hesab olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Proqramlaşdırma şöbəsinin Baş mütəxəssisi (flutter) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox