Müştəri təcrübələri üzrə baş mütəxəssis ( İpoteka sahəsi)

Müştəri təcrübələri üzrə baş mütəxəssis ( İpoteka sahəsi)

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    14 iyun 2023

  • Bitmə tarixi

    14 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. İpoteka üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!
  • Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;
  • Öz istiqaməti üzrə müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması;
  • Bankın mövcud və planlaşdırılan satış kanalları ilə satışların Vebsayt (mobile app) vasitəsilə əlaqələndirilməsi;
  • Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Ehtiyac olduqda bankın digər struktur bölmələri ilə əməkdaşlığın qurulması;
  • Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin siyahısının tərtib edilməsi, yenilənməsi və prioritetləşdirilməsi;
  • Komanda üzvləri (dizayner, biznes analitik, developer və s.) ilə mütəmadi əlaqədə olaraq biznes tələblərinin tətbiq edilməsi;
  • Tribe tələblərinə uyğun məlumatın toplanması, təhlili və hesabatların hazırlanması;
  • Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
  • Biznes strukturları və rəhbərlik üçün vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
  • Görüləcək işləri ilkin texniki araşdırmaq,
  • Agile komandası ilə texniki tapşırıqları müzakirə etmək.
  • Vebsaytların (mobil tətbiq) inkişaf etdirilməsi üçün daxili və xarici bazarları araşdıraraq innovativ həlləri tətbiq etmək;
  • Biznesin inkişaf etdirilməsi və optimallaşdırılması üçün müştərilər ilə keçiriləcək sorğuların detallarının və müştəri bazasının müəyyən olunması.
Namizədə tələblər:
  • Ali təhsilə ( Magistr təhsili üstünlükdür);
  • Bank sahəsində minimum 3 il iş təcrübəsinə;
  • Rəqəmsal biznes məhsullarının yaradılması sahəsində iş təcrübəsinə;
  • Vebsaytların (mobil tətbiq) strukturu və işləmə prinsipləri üzrə biliklərə (HTML strukturu);
  • Vebsayt (və ya mobil tətbiq) yaradılması və inkişaf etdirilməsi sahəsində iş təcrübəsinə;
  • Vebsaytların analizi və keyfiyyət ölçülərinin (metriklər) müəyyən olunması və inkişaf etdirilməsi üzrə biliklərə;
  • SEO xidmətləri və UTM parametrləri üzrə anlayış və təcrübəyə;
  • Vebsaytlar üzrə biznes tələblərin tətbiq edilməsi üçün ilkin texniki biliklərə (basic səviyyədə Java);
  • Vebsaytların data strukturunun müəyyən olunması üzrə təcrübəyə;
  • ETE (End-to-End) proseslərinin qurulması və optimallaşdırılması üzrə təcrübəyə;
  • Müştərilərin ödəmə qabiliyyətinin hesablanması üzrə onlayn proseslərin qurulması (skorinq) sahəsində təcrübəyə;
  • İngilis dili biliklərinə (orta səviyyədə);
  • Müştəri müraciətlərinin qəbul olunması və inkişaf etdirilməsi üçün partnyor şirkətlər ilə əməkdaşlıq sahəsində təcrübəyə;
  • BPMN sistemləri üzrə (Figma, draw.io, Miro və s.) üzrə biliklərə;
  • Yüksək səviyyədə MS Excel biliklərinə;
  • Məlumatların analizi və istifadəsi sahəsində biliklərə, SQL üzrə işlək biliklərə;
  • Orta səviyyədə məlumatların vizuallaşdırılması üzrə biliklərə (Tableau, QlikSense);
  • Scrum/Agile komandada minimum 1 il iş təcrübəsinə;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox