Müştəri Sorğularının Araşdırılması və İcrası üzrə Mütəxəssis (Müvəqqəti)

Müştəri Sorğularının Araşdırılması və İcrası üzrə Mütəxəssis (Müvəqqəti)

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    23 noyabr 2023

  • Bitmə tarixi

    23 dekabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Müştəri Sorğuları üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İşiniz nədən ibarətdir?

  • PAŞA Bank kartları ilə PAŞA Bank terminallarında keçirilmiş mübahisəli əməliyyatların araşdırılması. Müştərinin müraciətinə əsasən PAŞA Bank terminal üzərində keçirilən əməliyyatın qaytarılması, tələb olunduqda araşdırılmanın aparılması;
  • Ölkədaxili digər bankların kartları ilə PAŞA Bank terminallarında keçirilmiş mübahisəli əməliyyatların araşdırılması; Müştərinin müraciətinə əsasən PAŞA Bank terminal üzərində keçirilən əməliyyatın qaytarılması, tələb olunduqda araşdırmaların aparılması;
  • Terminal üzərindən aparılan əməliyyatlar üzrə qeri-qaytarma (refund) və slip əməliyyatlarının icrası; 
  • Müştəri sorğularının icrası üçün AzeriCard, Millikart, BKM, Kapital Bank və digər banklar və prosessinq mərkəzləri ilə əlaqə, əməliyyatların araşdırılması, daxil olan sorğuların cavablandırılması;
  • Müştərilərin terminallar ilə bağlı bütün daxil olan sorğularının icrası və ya tələb olunduqda sorğuların vendor şirkətinə yönləndirilməsi;
  • Daxil olan sorğu əsasında avtorizasiyaların yoxlanılması, problem olduğu halda müvafiq strukturlara yönləndirilməsi;
  • Terminal üzrə çıxarışların əldə olunması və problemli əməliyyatlar üzrə üzləşdirilməsi. 

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 2-3 il
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis)
  • Kompüter bilikləri: Word, Excel
  • Başqa tələblər: dəqiqlik, məsuliyyət, kommunikasiya bacarığı  

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox