Vakansiya haqqında
İş barədə məlumat :
1. Marketinq strategiyası, bank məhsul və xidmət standartları və digər əlaqədar
layihələrin hazırlanmasında, xidmət şəbəkəsi işçilərini, habelə digər aidiyyatı
işçilərin məlumatlandırılmasında iştirak edir.
2. Məhsul və xidmətlər barədə mütəmadi bazar araşdırmalarının aparılmasını,
müştəri qruplarının müəyyənləşdirilməsi və uyğun təkliflərin hazırlanmasında
iştirak edir.
3. Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, onların
xüsusiyyətlərinə və şərtlərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə
təkliflərin hazırlanmasında iştirak edir.
4. Bankın məhsul və xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi.
5. Bankın məhsul və xidmətlərinin təbliğat - təşviqat materiallarının strukturunun və
mətninin hazırlanması.
6. Məhsulların hazırlanması ilə bağlı biznes proseslərin gedişatının tənzimlənməsi və
müvafiq nəzarətin həyata keçirilməsi.
Namizədə tələblər:
1. Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
2. Ən azı 2 il marketinq sahəsində iş təcrübəsi;
3. Rus və ya İngilis dillərini ən azı orta səviyyədə bilmə;
4. Ünsiyyətqurma bacarığı;
5. Analitik düşüncə;
6. Yaradıcılıq bacarığı.
Yalnız tələblərə uyğun namizədlər Cv-lərinizi “ Məhsulların yaradılması şöbəsinin mütəxəssisi ” başlığı ilə
n.sheykhzadeh@hrsg.az
n.rzayeva@hrsg.az
k.hacili@hrsg.az
ünvanlarına yönləndirə bilərsiniz.
Əlaqə vasitələri : (070) 280 60 30 (051) 777 16 38
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!