Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe"

Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe"

Kapital Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe" vakansiyaları üçün bura daxil olun.

Elan № 16796

Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe" vakansiyaları

Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe" vakansiyaları

04 Mart

Elan tarixi

13 Aprel

Bitmə tarixi

11228

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Ümumi məlumat

  • Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi /Agile.
  • Bank haqqında

Kapital Bank ölkənin ən böyük bankı olmaqla sistem əhəmiyyətli banklardan biridir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi və sahibkarlar üçün təqdim etdiyi Birbank Biznes tətbiqi var.

Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Müştərilərimiz bizneslərinin inkişafı və fərdi istehlak məqsədi ilə kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişlərini faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərlərlər.

Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Rol haqqında

  • Mikro biznes seqmenti üzrə müştərilərin davranışlarının təhlil edilməsi, onlarla dayanıqlı, uzun müddətli münasibətlərin qurulmasını təmin edir. Fərdi təkliflər və çarpaz satış üçün məhsulların inkişaf etdirir.
  • Bu rol müştəri təcrübəsini artırmaq, əməliyyatları sadələşdirmək və onun böyüməsinə təkan vermək üçün rəqəmsal texnologiyalardan istifadə edəcək.

Öhdəliklər

Mikro biznes seqmenti üçün kredit və qeyri kredit məhsulları ilə bağlı təkliflərin verilməsi:

  • Məlumat axınının modelləşdirilməsi, iş axınının təhlili kimi standart analiz üsullarından istifadə edərək tələbləri dəqiq müəyyənləşdirmək.
  • Əldə edilmiş datalara əsaslanaraq Mikro biznes seqmenti üçün ənəvi və rəqəmsal kanallar vasitəsi ilə fərdiləşdirilmiş kredit təkliflərin hazırlanması və inkişafına rəhbərlik etmək.
  • Əldə edilmiş datalara əsaslanaraq Mikro biznes seqmenti üçün qeyri kredit məhsulları ilə bağlı fərdi və qrup təkliflərin hazırlanması və inkişafına rəhbərlik etmək.
  • Ənənəvi və rəqəmsal kanallarla həlləri təqdim etmək üçün tərtibatçılar, dizaynerlər və məlumat analitikləri daxil olmaqla, çarpaz funksional komandalarla əməkdaşlıq etmək.
  • Bazar araşdırması, müştəri rəyi və biznes məqsədləri əsasında məhsul xüsusiyyətlərini və təkmilləşdirmələrini müəyyənləşdirmək və prioritetləşdirmək.
     

Kampaniyaların Dizayn Edilməsi

  • Mikrobiznes seqmentinin bankla münasibətdə aktivliyinin qorunub saxlanılması və artırılması üçün kampaniyalarla bağlı təkliflərin verilməsi.

İstifadəçi Təcrübəsi Və Marketinq

  • Təcrübəni təkmilləşdirən istifadəçi dostu rəqəmsal interfeyslər yaratmaq üçün UX dizaynerləri ilə əməkdaşlıq etmək.
  • Onlayn kanallar vasitəsilə rəqəmsal kredit məhsullarını tanıtmaq və hədəf auditoriyasına çatmaq üçün marketinq qrupları ilə işləmək.

Çarpaz Funksional Əməkdaşlıq

  • Problemsiz və inteqrasiya olunmuş kreditləşmə prosesini təmin etmək üçün müxtəlif komandalarla effektiv ünsiyyəti və əməkdaşlığı gücləndirmək.
  • Rəy və fikirləri toplamaq, onları məhsulun inkişafı və təkmilləşdirmə planlarına daxil etmək üçün maraqlı tərəflərlə əlaqə saxlamaq.

Agile İnkişaf

  • Çeviklik və müştəri ehtiyaclarına cavab verməyi təmin edərək məhsulun inkişafı və təkmilləşdirmə proseslərində Agile metodologiyalarını tətbiq etmək.

Tələblər

Tələb olunan bacarıq və təcrübə:

  • Namizəd Ali təhsilə malik olmalıdır. Maliyyə və Biznes sahəsində bakalavr və/və ya magistr dərəcəsinə malik olanlara üstünlük verilir.
  • Ən azı 3 il bank təcrübəsi olmalıdır. Biznes kreditləri üzrə məhsulların yaradılması sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Məlumat analitikası alətlərindən istifadə etmək və kreditlə bağlı rəqəmsal texnologiyalar haqqında biliklərə və ya təcrübəyə malik olmalıdır.
  • Yüksək inkişaf etmiş ünsiyyət qurma bacarıqlarına malik olmalıdır. Çapraz funksional komandalar, maraqlı tərəflər və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq edə bilməldir.
  • Məcburi olmasa da, bank sektorunda biznes kreditlərinin verilməsi və ya hesablar üzrə xidmətin göstərilməsi prosesləri ilə bağlı təcrübənin olması üstünük hesab olunur.
  • Xarici dillərdən İngilis və ya Rus dilində sərbəst ünsiyyət qura bilməlidir.
  • İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı
  • Müsahibə
  • Yekun müsahibə
  • Bizimlə işləməyin üstünlükləri
  • Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
  • Namizədlər üçün sosial media bağlantıları

Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 16796

Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe" vakansiyaları

Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe" vakansiyaları

04 Mart

Elan tarixi

13 Aprel

Bitmə tarixi

11228

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"