Vaxtı bitib

Marketinq meneceri

28 yanvar 2021 3 459 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Bitmə tarixi 27 fevral 2021
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. Marketinq mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Marketinq mütəxəssisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 322 aktiv namizəd Marketinq mütəxəssisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

VƏZİFƏ FUNKSİYALARI

• Brendin istehlakçısını tanımaq/başa düşmək:
• İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
• Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək
• Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq
• Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq
• Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
• Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq
• Marketinq planlaşdırması və icraatı:
• Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək
• Promosiyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
• Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
• Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
• Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.
• Satış kanallarının inkişaf etdilməsi .
• Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq
• Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq.
• Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq

Namizədə tələblər:

Təhsil: Ali Menecment, biznesin idarəedilməsi, marketinq

Təcrübə müddəti: Uyğun vəzifədə 3-5 il

Dil Bilikləri: İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla)

Kompüter Bilikləri: MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi

İxtisas Bilikləri: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı. Qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə bilər.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Marketinq meneceri vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

7

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ