Bakı, Bakı ş.
Bank işi
Razılaşma ilə
Tam-ştat
07 oktyabr 2025
18 oktyabr 2025
Birbank-ın strateji qərarların qəbulunda əsas rol oynayan Maliyyə təhlili və idarəetmə hesabatlığı şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis axtarırıq. Bu rol Bankın maliyyə nəticələrinin dərin təhlili, idarəetmə hesabatlarının hazırlanması, beynəlxalq hesabat standartlarına uyğun maliyyə hesabatlarının tərtibi və biznes bölmələrinə əsaslandırılmış tövsiyələrin verilməsini əhatə edir. Sizdən gözləntilərimiz yalnız rəqəmləri hesablamaq deyil, həm də onların arxasındakı məntiqi anlamaq, maliyyə performansını ölçərək rəhbərliyə strateji baxış bucağı təqdim etməkdir. Bu vəzifədə həm gündəlik hesabatların hazırlanması, həm də uzunmüddətli maliyyə proqnozlarının qurulmasında iştirak edəcəksiniz. Biz elə bir həmkar axtarırıq ki, analitik bacarıqları ilə yanaşı, biznesin müxtəlif istiqamətləri ilə sıx əməkdaşlıq qura bilsin. Çünki məqsədimiz yalnız hesabatlılıq deyil, həm də idarəetmə qərarlarının keyfiyyətini artırmaqdır.
Ali təhsil (maliyyə, mühasibat və iqtisadi sahədə təhsil üstünlükdür);
Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsinə malik olmaq;
ACCA, CFA maliyyə sertifikatlarına sahib olmaq (arzuolunandır);
Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
Kompüter biliyi: yüksək səviyyədə MS Office biliklərinə sahib olmaq;
SQL biliklərinə sahib olmaq (arzuolunandır);
Ünsiyyət və komandada işləmək bacarığına malik olmaq;
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyətinə malik olmaq.
· İnkişaf imkanları
· Rəqabətli əmək haqqı və bonuslar
· Yüksək təminatlı sığorta
· Dəstəkləyici mühit
· Visa Premium əmək haqqı kartı
· Korporativ endirimlər
· Korporativ tədbirlər
· Əlavə məzuniyyət
· Güzəştli təhsil və işçi kredit
Bankın MHBS (IFRS) hesabatların hazırlanmasında iştirak edilməsi;
Kənar auditorlarla koordinasiya və məlumatların təqdim olunmasında iştirak edilməsi;
Maliyyə və reytinq institutlarından daxil olan sorğuların cavablandırılması;
Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.