Vakansiya haqqında
MAĞAZA MENECERİ (BƏRDƏ,ŞƏKİ)
Vəzifə öhdəlikləri:
• Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
• Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
• Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
• Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
• VİP müştərilərə şəxsən xidmət göstərmək;
• Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
• Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;
• İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)
• Ali təhsil;
• İdarəçilik üzrə müvafiq sahədə minimum 3 il təcrübə;
• Excel, Word, Power Point;
• Rus və İngilis dil biliyi arzuolunandır;
• Əmək haqqı: 800-1100 + bonus
Uyğun namizədlər CV-lərini "Mağaza meneceri" başlığını, o cümlədən onun qarşısında iddia etdiyi mağazanın yerləşdiyi rayon və ya şəhərin adını qeyd etməklə hr@bakuekectronics.az elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!