Vakansiya haqqında
Şirkət: Saat Store MMC
Ünvan: Nizami 92
İş qrafiki: 9 saatlıq
Əmək haqqı: 800–1500 AZN
Vəzifə haqqında qısa məlumat:
Saat Store MMC komandamıza mağazanın fəaliyyətinə nəzarət edəcək, satış hədəflərinin icrasını təmin edəcək və komandaya liderlik göstərə biləcək Mağaza Meneceri axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
• Mağazanın gündəlik fəaliyyətinə nəzarət etmək;
• Satış planının yerinə yetirilməsini təmin etmək;
• Komandanın idarə olunması, motivasiyası və iş bölgüsünün aparılması;
• Müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunması;
• Satış hesabatlarının hazırlanması və analiz edilməsi;
• Malların düzgün yerləşdirilməsi, stokun idarə olunması və tədarükə nəzarət;
• Müştəri şikayətlərinin operativ həlli.
Namizədə tələblər:
• Mağaza və ya satış idarəçiliyi sahəsində minimum 2 il təcrübə;
• Excel biliklərinin yaxşı səviyyədə olması (hesabat və analiz üçün);
• Liderlik, təşkilatçılıq və motivasiya bacarığı;
• Satış yönümlü düşüncə və ünsiyyət bacarığı;
• Məsuliyyətli, operativ və nəticəyə fokuslanan yanaşma;
• Komandada işləmək və qərarvermə qabiliyyəti.
Biz təklif edirik:
• Stabil əmək haqqı və satışdan bonuslar;
• Rahat və motivasiyalı iş mühiti;
• Peşəkar və şəxsi inkişaf imkanları;
• Karyera yüksəlişi və təlimlərdə iştirak imkanı.
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “Mağaza Meneceri” qeyd etməklə hr@saatstore.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!