E

Mağaza meneceri

Emsa Baku

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Mağaza meneceri vakansiyaları üçün bura daxil olun.

Elan № 5035

Mağaza meneceri vakansiyaları

Mağaza meneceri vakansiyaları

25 Fevral 2021

Elan tarixi

27 Mart 2021

Bitmə tarixi

2490

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Mağaza meneceri

Vəzifə

5 ildən yüksək

İş stajı

Tam-ştat

İş rejimi

İnzibati

Sahə

İş barədə məlumat

Emsa Bakı MMC Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Satış departamentinin iş prinsiplərinə uyğun olaraq mağazanın işinə nəzarət etmək;
• Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
• Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
• Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
• Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
• Mağazanın işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
• Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
• Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
• İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
• Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının məyyənləşdirilməsi;
• Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
• Satış kampaniyalarının təşkil edilməsi;
• Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
• Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
• Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
• Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi

İş şəraiti:

• İş saatı Əmək qanunvericiliyinə uyğun tənzimlənir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

NamİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil;

• 25-45 yaş həddi;

• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;

• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;

• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;

• Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;

• Analitik təhlil qabiliyyətinə sahib olmalı;

• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;

• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;

• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;

Uyğun namizədlər CV-lərini hr@emsa.az mail ünvanına Mağaza meneceri başlığı ilə göndərə bilərlər.( Xahiş edirik ki, ancaq uyğun namizədlər CV göndərsin) 


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 5035

Mağaza meneceri vakansiyaları

Mağaza meneceri vakansiyaları

25 Fevral 2021

Elan tarixi

27 Mart 2021

Bitmə tarixi

2490

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"