Vakansiya haqqında
“Güvənli MMC” kredit təşkilatı Lənkəran şəhərində yerləşən filiallar üçün kredit departamentində Lombard kreditləri üzrə mütəxəssis vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.
İş haqqında məlumat :
Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək.
Tələblər :
- Cins: Kişi namizədlər;
- Şəhər: Lənkəran
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq;
- Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini hrguvenli@gmail.com elektron ünvanına “Təcrübəçi” başlığı ilə və regionu qeyd etməklə göndərə bilər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!