Korporativ Satış Meneceri

Korporativ Satış Meneceri

GRANDTEK MMC
  • Şəhər

    Bakı, Nərimanov r Əhməd Rəcəbli 46B

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    1000 AZN

    Satışdan aylıq bonuslar
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Natamam ali

  • Yerləşmə tarixi

    23 iyul 2025

  • Bitmə tarixi

    22 avqust 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. Satış Meneceri vakansiyaları üçün bura keçid edin!

GRANDTEK MMC – Elektrik məhsullarının satışı üzrə Menecer vakansiyası

İşin təsviri:
GRANDTEK MMC elektrik məhsullarının topdan və pərakəndə satışı sahəsində ixtisaslaşmış şirkət olaraq, bu sahədə təcrübəsi olan Satış Meneceri axtarır. Axtardığımız namizəd elektrik məhsullarına dair texniki biliklərə sahib olmalı, müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmalı və satış proseslərini effektiv idarə etməlidir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin tələblərini və texniki ehtiyaclarını düzgün analiz etmək və uyğun elektrik məhsulları təklif etmək;

  • Potensial müştəriləri cəlb etmək və satış həcmini artırmaq;

  • Cari müştəri portfelini qoruyub saxlamaq və yeni əlaqələr qurmaq;

  • Elektrik məhsulları (kabel, avadanlıq, aksesuar və s.) barədə dolğun və dəqiq məlumat vermək;

  • Təqdimat və görüşlər vasitəsilə məhsulları və texniki həlləri izah etmək;

  • Təslimat və ödəniş prosesində yaranan çətinlikləri operativ şəkildə aradan qaldırmaq;

  • Satış sonrası müştəri dəstəyi və məmnuniyyətinə nəzarət etmək;

  • Şirkətin təmsil etdiyi elektrik brendlərini və məhsul çeşidini düzgün təqdim etmək.

Namizəddən tələblər:

  • Yaş: 25–35 yaş;

  • Təhsil: Orta ixtisas və ya ali texniki təhsil (elektrik və ya əlaqəli sahə üzrə üstünlük verilir);

  • Dillər: Azərbaycan dili (rus dili bilikləri üstünlükdür);

  • Elektrik məhsullarının satışı sahəsində ən azı 2 il iş təcrübəsi;

  • Elektrik avadanlıqları və sistemləri üzrə praktiki biliklər;

  • Satış texnikaları və bazar tələbləri üzrə anlayış;

  • Yüksək ünsiyyət və təqdimat bacarığı;

  • Komanda ilə işləmə və təşəbbüskarlıq qabiliyyəti;

  • Şəxsi avtomobilin olması mütləqdir (yanacaq və amortizasiya təmin edilir).

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küçəsi 46B

  • İş qrafiki: Həftədə 6 gün, saat 09:00–18:00

  • Əmək haqqı: 1000 AZN + satışdan motivasiyaedici bonuslar (namizədin təcrübəsinə əsasən)

  • Digər üstünlüklər: Korporativ nömrə və mobil paket təqdim olunur

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox