Vakansiya haqqında
Korporativ satış meneceri
“Grou It Distribution” MMC şirkəti Korporativ satış meneceri vakansiyası üzrə namizədlərin axtarışındadır.
Vəzifənin təsviri:
• Önəmli müştərilər üçün qiymət təkliflərinin hazırlanması;
• Satış heyəti ilə mütəmadi müştəri ziyarəti və məhsulların təqdimatı;
• Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək;
• Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
• Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
• Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
• Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
• Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
• Ziyarət nəticələrinin izlənilməsi;
• Sifarişlərin icra olunması;
• Müştəridən sifarişlərin qəbul olunması;
• Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
• Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
• Müştəri ödəmələrinin izlənilməsi.
Şərtlər:
• Əmək haqqı – 700-800 AZN;
• İş qrafiki həftə içi 09 : 00 – 18 : 00, istirahət günü – şənbə, bazar;
• AR qanunvericiliyinə əsasən sənədləşmə;
• Telefon danışıq haqqının verilməsi;
• Ali təhsil;
• Mobil telefon və elektronika satışı sahəsində minimum 2 il iş təcrübəsi;
• Şəxsi avtomobili olmalı;
• Rus dili arzu olunandır;
• Kollektiv ilə işləmə bacarığı;
• Yaş həddi 25-35
CV-lərinizi office@growit.az email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Zənglər qəbul edilmir. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!