Vakansiya haqqında
Biz əsas təşəbbüslərin arxitekturasını ilkin həll konsepsiyasından başlayaraq arxitektur qərarların qəbuluna, həllərin tətbiqinə və istehsal mühitində yoxlanılmasına qədər bütün mərhələlər üzrə idarə edəcək Korporativ Arxitektor axtarırıq.
Bu, praktiki işə əsaslanan (hands-on) vəzifədir. Siz mühəndislik və layihələrin icrası üzrə komandalarla gündəlik əməkdaşlıq edəcək, zəruri hallarda işlək prototiplər hazırlayacaq, həmçinin müasir süni intellekt və avtonom agentlərə əsaslanan proqramlaşdırma alətlərindən iş prosesinizin ayrılmaz hissəsi kimi istifadə edəcəksiniz.
- İT sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bankçılıq, fintech və ya genişmiqyaslı məhsul şirkətində Solution Architect və ya Enterprise Architect vəzifəsində ən azı 3 il iş təcrübəsi.
- Paylanmış və yüksək yüklü sistemlər, mikroservislər, API-first inteqrasiyası, hadisə axınlarının emalı (event streaming) və müasir məlumat platformaları daxil olmaqla, genişmiqyaslı sistemlərin arxitekturasının hazırlanması və idarə edilməsi üzrə təsdiqlənmiş təcrübə.
- Arxitektur qərarları arxitektura komitələrinə və biznes maraqlı tərəflərinə təqdim etmək, izah etmək və əsaslandırmaq bacarığı.
- Arxitektura sənədləşdirilməsi sahəsində güclü praktiki təcrübə, o cümlədən arxitektur qərarların qeydlərinin (Architecture Decision Records), sistem landşaftı diaqramlarının və inteqrasiya spesifikasiyalarının hazırlanması.
- Aşağıdakı dillərdən ən azı ikisində peşəkar iş səviyyəsində bilik: Azərbaycan, rus və ingilis dilləri. Hər üç dilə yiyələnmək üstünlük hesab olunur.
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
- Ekosistem üzrə əsas təşəbbüslərin həll və korporativ arxitekturasını idarə etmək; təşəbbüslərin əhatə dairəsini, inteqrasiya nöqtələrini, hədəf arxitekturanı və icra imkanlarını müəyyənləşdirmək.
- Arxitektur qərarları hazırlamaq, onları Arxitektura Komitəsində təqdim və əsaslandırmaq, həmçinin təsdiqlənmiş qərarların icrasını sonadək izləmək.
- Məsuliyyət sahəsi üzrə mövcud və hədəf arxitektura təsvirlərini, o cümlədən sistemləri, API müqavilələrini, məlumat axınlarını və sistemlərarası asılılıqları aktual vəziyyətdə saxlamaq.
- İcra komandaları tərəfindən hazırlanmış həll dizaynlarını nəzərdən keçirmək, onların texniki baxımdan mümkünlüyünü, platforma, informasiya təhlükəsizliyi və normativ tələblərə uyğunluğunu təmin etmək.
- Məsuliyyət sahəsi üzrə arxitektur qərarların qeydlərini, sistem landşaftı sənədlərini və arxitektura aktivlərinin kataloqunu aparmaq və yeniləmək.
- Proqram təminatının hazırlanması prosesinin süni intellekt vasitəsilə transformasiyasında iştirak etmək, arxitektura və proqram təminatının hazırlanması proseslərinə avtonom AI agentlərini inteqrasiya etmək.
- Mühəndislik komandaları üçün arxitektura üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək və dizaynla bağlı sualların operativ həllinə dəstək göstərmək.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!