Yeni

Data Arxitektor

Vakansiya haqqında

Təsvir


  • Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması çərçivəsində məlumat arxitekturasının (Data Architecture) hazırlanması və inkişaf etdirilməsi;
  • Dövlət informasiya sistemləri və rəqəmsal platformalar üzrə mövcud (AS-IS) və hədəf (TO-BE) məlumat arxitekturasının təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
  • Dövlət informasiya sistemləri arasında məlumatların idarə olunmasına, saxlanılmasına, paylaşılmasına və istifadəsinə dair vahid memarlıq prinsiplərinin, standartların və metodoloji yanaşmaların hazırlanması;
  • Məlumat arxitekturası üzrə konsepsiyanın, inkişaf strategiyasının və mərhələli tətbiq planının hazırlanması və aktuallaşdırılması;
  • Məlumat arxitekturasının Korporativ Arxitektura (Enterprise Architecture) çərçivəsinə uyğunlaşdırılması və digər memarlıq domenləri ilə əlaqələndirilməsi;
  • Rəqəmsal Hökumət Arxitekturası çərçivəsində məlumat arxitekturasının konseptual və məntiqi səviyyədə modelləşdirilməsi, informasiya sistemləri arasında məlumat asılılıqlarının və məlumat axınlarının arxitektura baxımından təhlili və hədəf arxitektura həllərinin formalaşdırılması;
  • Dövlət informasiya sistemləri arasında məlumatların təkrarlanması, uyğunsuzluğu, parçalanması və izolyasiyası ilə bağlı problemlərin müəyyənləşdirilməsi və optimallaşdırma təkliflərinin hazırlanması.
  • Standartların müəyyən edilməsi: Dövlət qurumları üzrə məlumatların idarə edilməsi (Data Governance), məlumat keyfiyyəti, metadataların idarə edilməsi və normativ tələblərə uyğunluq sahələrində standartların, siyasətlərin və qaydaların müəyyən edilməsi və onlara riayət olunmasının təmin edilməsi.
  • Dövlət informasiya sistemləri arasında məlumat mübadiləsinin və inteqrasiya mexanizmlərinin memarlıq baxımından qiymətləndirilməsi;
  • API, ETL/ELT, CDC, event-driven architecture və digər məlumat inteqrasiyası yanaşmalarının tətbiqi üzrə memarlıq tələblərinin müəyyənləşdirilməsi;
  • Məlumat anbarları (Data Warehouse), Data Lake, Data Lakehouse, məlumat kataloqları, məlumat reyestrləri və Data Product yanaşmaları üzrə həllərin qiymətləndirilməsi;
  • Rəqəmsal Hökumət Arxitekturasının əsas komponentləri, o cümlədən məlumat mübadiləsi platformaları və dövlət reyestrləri arasında məlumatların əlaqələndirilməsi üzrə memarlıq təkliflərinin hazırlanması;
  • Məlumat təhlükəsizliyi, fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə olunması və audit tələblərinin məlumat arxitekturasına inteqrasiyası.
  • Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikası (DMA) və informasiya sistemlərinin qiymətləndirilməsi (İSQ) proseslərində məlumat arxitekturası üzrə ekspert kimi iştirak;
  • Yeni informasiya sistemlərinin yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə memarlıq həllərinin qiymətləndirilməsi;
  • Qiymətləndirmə nəticələri əsasında memarlıq rəylərinin, tövsiyələrin və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
  • Dövlət qurumlarının rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsinin monitorinqində iştirak;
  • Dövlət qurumlarına məlumat arxitekturası və məlumatların idarə edilməsi məsələləri üzrə metodoloji və əməli dəstəyin göstərilməsi;
  • Dövlət qurumları, texniki komandalar, biznes nümayəndələri və digər maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi;
  • Müvafiq beynəlxalq təcrübələrin, standartların və texnoloji tendensiyaların araşdırılması;
  • Görülmüş işlər üzrə hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
  • Müvafiq işçi qruplarında, görüşlərdə və texniki müzakirələrdə iştirak.

Tələblər


  • İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Məlumat arxitekturası və əlaqəli sahələr üzrə minimum 5 il iş təcrübəsi;
  • AS-IS və TO-BE məlumat arxitekturalarının hazırlanması, məlumat modelləşdirilməsi və sistemlərarası inteqrasiya üzrə təcrübə;
  • TOGAF, DAMA-DMBOK, Enterprise Architecture və Data Governance prinsipləri üzrə biliklər;
  • Məlumat modelləşdirilməsi, verilənlər bazaları və məlumat platformalarının arxitekturası üzrə təcrübə;
  • Məlumat inteqrasiyası, təhlükəsizliyi və interoperabellik prinsipləri üzrə biliklər;
  • Arxitektura həllərinin təhlili, modelləşdirilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi bacarığı;
  • Dövlət informasiya sistemləri, rəqəmsal transformasiya və Enterprise Architecture layihələrində təcrübə;
  • Legacy sistemlərin modernləşdirilməsi və müasir məlumat platformaları üzrə biliklər;
  • DAMA CDMP, TOGAF və ya müvafiq texnoloji sertifikatların olması.
  • Azərbaycan dili – əla, ingilis dili – peşəkar səviyyədə, rus dili – arzuolunandır;
  • Analitik düşüncə, sistemli yanaşma, sənədləşdirmə və effektiv kommunikasiya bacarıqları.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — İT arxitektoru vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyası üzrə iş Bakıda, Azərbaycanda yerləşir.

Son müraciət tarixi nədir?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyasına son müraciət tarixi 29 noyabr 2026-cıdır.

Necə müraciət etmək olar?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyasında məlumat arxitekturası və əlaqəli sahələr üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyasında namizəddən məlumat modelləşdirilməsi, sistemlərarası inteqrasiya, TOGAF, DAMA-DMBOK, Enterprise Architecture və Data Governance üzrə biliklər, arxitektura həllərinin təhlili və sənədləşdirilməsi bacarığı, analitik düşüncə və effektiv kommunikasiya tələb olunur. Dil tələbləri: Azərbaycan dili əla, ingilis dili peşəkar səviyyədə, rus dili arzuolunandır.

Təhsil tələbi varmı?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyasında informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İT arxitektoru vakansiyasında ən azı 5 il iş təcrübəsi tələb olunur.

Gələcək Data Arxitektor vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

12

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ