Yeni

İT İnfrastruktur Arxitektoru / İnformasiya Texnologiyaları İdarəsi

18 noyabr 2026 31 baxış

Vakansiya haqqında

Təsvir

  • AZAL-ın mövcud İT infrastrukturunun təhlilini aparmaq, çatışmazlıqları, texniki borcları, riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
  • Biznes strategiyası və əməliyyat tələblərinə uyğun hədəf İT infrastruktur arxitekturasını hazırlamaq;
  • Data Center, Disaster Recovery, High Availability və Business Continuity arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
  • On-premises, cloud və hybrid cloud mühitlərinin arxitekturasını formalaşdırmaq;
  • Server, storage, virtualization, backup, network, identity və security komponentləri üzrə texniki həllər hazırlamaq;
  • Kritik sistemlər üçün dayanıqlılıq, miqyaslana bilmə, performans və fault-tolerance tələblərini müəyyən etmək;
  • Yeni İT layihələri üzrə arxitektura tələblərini hazırlamaq və təqdim edilən texniki həlləri qiymətləndirmək;
  • İnfrastruktur layihələri üçün High-Level Design, Low Level Design, texniki spesifikasiya, diaqram və digər arxitektura sənədlərini hazırlamaq;
  • Mövcud sistemlərin modernləşdirilməsi, konsolidasiyası, miqrasiyası və optimallaşdırılması üzrə yol xəritəsi hazırlamaq;
  • İnfrastrukturun standartlaşdırılması və texnoloji platformaların konsolidasiyası üzrə təkliflər vermək;
  • Avadanlıq və proqram təminatının həyat dövrünü, tutum ehtiyaclarını və gələcək inkişaf proqnozlarını müəyyən etmək;
  • Capacity Planning və Performance Management proseslərinin formalaşdırılmasında iştirak etmək;
  • İnfrastruktur üzrə texnoloji standartlar, prinsiplər və arxitektura qaydaları hazırlamaq;
  • İnformasiya təhlükəsizliyi komandası ilə birlikdə təhlükəsiz və davamlı arxitektura yanaşmalarının tətbiqini təmin etmək;
  • Monitorinq, loqlaşdırma, avtomatlaşdırma və observability həllərinin arxitekturasının inkişaf etdirilməsində iştirak etmək;
  • Tender və satınalma prosesləri üçün texniki tələblərin hazırlanmasında və vendor təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
  • Təklif edilən həllər üzrə texniki və kommersiya müqayisələri aparmaq, optimal seçimlə bağlı əsaslandırılmış rəy təqdim etmək;
  • Vendorların və inteqratorların təqdim etdiyi dizayn və həllərin AZAL standartlarına uyğunluğunu yoxlamaq;
  • Layihələrin icrası zamanı texniki komandalar, biznes bölmələri, təhlükəsizlik komandası və xarici tərəfdaşlar arasında arxitektura koordinasiyasını təmin etmək;
  • İnfrastrukturla bağlı dəyişikliklərin texniki təsirini və risklərini qiymətləndirmək;
  • Kritik insidentlərin səbəblərinin araşdırılmasında iştirak etmək və təkrarlanmanın qarşısını alan arxitektura həlləri hazırlamaq;
  • İT infrastrukturu üzrə büdcə planlaşdırılmasına, texnoloji investisiyaların prioritetləşdirilməsinə və xərclərin optimallaşdırılmasına dəstək vermək;Mövcud infrastruktura dair sənədlərin, sxemlərin, inventar və konfiqurasiya məlumatlarının aktual saxlanılmasını təmin etmək;
  • Texniki komandalar üçün arxitektura üzrə ekspert dəstəyi və istiqamətləndirmə təqdim etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Müvafiq vəzifə üzrə minimum 7 il iş təcrübəsi;
  • Fiziki və virtual server infrastrukturları üzrə dərin biliklər;
  • VMware, Hyper-V və ya digər virtuallaşdırma platformaları üzrə təcrübə;
  • Storage, SAN, NAS və ehtiyat nüsxələmə texnologiyaları üzrə biliklər;
  • Microsoft Windows Server və Linux infrastrukturları üzrə biliklər;
  • Active Directory, DNS, DHCP, Group Policy və Identity Management həlləri üzrə təcrübə;
  • LAN, WAN, routing, switching, load balancing, firewall və network segmentation prinsipləri üzrə anlayış;
  • Microsoft Azure və ya digər cloud platformaları üzrə təcrübə;
  • Hybrid cloud arxitekturası və workload migration yanaşmaları üzrə biliklər;
  • Backup, replication, disaster recovery və business continuity prinsipləri üzrə dərin biliklər;
  • İnfrastruktur təhlükəsizliyi, Zero Trust, hardening və access control prinsipləri üzrə anlayış;
  • Database infrastrukturu və arxitekturası, yüksək əlçatanlıq, replikasiya, backup, performans və Disaster Recovery prinsipləri üzrə biliklər;
  • DevOps, CI/CD, Infrastructure as Code (IaC), containerization, orchestration və infrastrukturun avtomatlaşdırılması prinsipləri üzrə biliklər;
  • IT Governance, IT Service Management (ITSM), Change Management, risklərin idarə edilməsi və İT nəzarət mexanizmləri üzrə biliklər;
  • Data Center, Disaster Recovery və High Availability həllərinin layihələndirilməsi üzrə praktiki təcrübə.
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint) - yüksək;
  • Windows və Linux əməliyyat sistemləri - yüksək;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı





Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Azərbaycan Hava Yolları — İT arxitektoru vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyası üzrə iş yeri Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanındadır.

Son müraciət tarixi nədir?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasına müraciət üçün son tarix 04 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasında müvafiq vəzifə üzrə minimum 7 il iş təcrübəsi tələb olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasında namizəddən server, virtuallaşdırma (VMware, Hyper-V), storage, Windows Server və Linux, Active Directory, şəbəkə, Microsoft Azure və cloud, disaster recovery, infrastruktur təhlükəsizliyi, DevOps və IaC, ITSM üzrə bilik və təcrübə tələb olunur. Həmçinin problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə və ünsiyyət bacarıqları, MS Office və Windows/Linux biliyi (yüksək) vacibdir. Dil biliyi: Azərbaycan dili (yüksək), ingilis dili (yüksək), rus dili (orta).

Təhsil tələbi varmı?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasında namizəddən ali (bakalavr) təhsil tələb olunur.

İş qrafiki necədir?

Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasında iş qrafiki həftə içi beş gün, saat 09:00-18:00-dır, 2 gün istirahətdir.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, Azərbaycan Hava Yollarının İT arxitektoru vakansiyasında müvafiq vəzifə üzrə ən azı 7 il iş təcrübəsi tələb olunur.

Gələcək İT İnfrastruktur Arxitektoru / İnformasiya Texnologiyaları İdarəsi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

12

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ