Vakansiya haqqında
MOF Agency-yə Kontent Menecer axtarılır!
Kreativ ideyalarla dolu, dinamik və hədəf yönümlü biri olduğunuzu düşünürsünüzsə, biz sizi komandamızda görmək istəyirik!
Sizin əsas vəzifələriniz:
- Brendə uyğun məzmun strategiyalarının hazırlanması və idarə olunması.
- TikTok, Instagram və digər platformalar üçün yaradıcı və informativ məzmunun yazılması və redaktəsi.
- Rəqib analizi və bazar trendlərini izləmək, strategiyanı yeniləmək üçün təkliflər vermək.
- Sosial media platformalarının idarə olunması və məzmunun düzgün yerləşdirilməsi.
- Performans təhlillərini aparmaq və analitik məlumatlara əsasən nəticələri təqdim etmək.
- Məzmunun vaxtında yayımlanmasını təmin etmək üçün detallı təqvimlərin hazırlanması.
- Marketinq kampaniyaları və müştəri xidmətləri üçün məzmun strategiyalarının qurulması.
- Dizaynerlər, sosial media menecerləri və digər yaradıcı şəxslərlə əməkdaşlıq etmək.
Şərtlərimiz:
- Maaş: Namizədin təcrübəsinə əsasən təyin olunacaq.
- İş vaxtı: Həftənin 5 günü, saat 10:00-19:00.
- Rəsmi əmək müqaviləsi.
Tələblərimiz:
- Azərbaycan dili: C2 səviyyə
- Rus dili: B1 (orta səviyyə)
MOF Agency-də sənə nə təklif edirik?
- Yaradıcı komanda ilə işləmək imkanı.
- Özünü inkişaf etdirmək üçün mükəmməl şərait.
- Dinamik və əyləncəli iş mühiti.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!