Vaxtı bitib

Kontent-marketoloq

  • Bakı
  • Marketinq
  • 27 yanvar 2022
  • 2 713 baxış
  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Bitmə tarixi 26 fevral 2022
Diqqət!

Bu elanın vaxtı bitib. Kontent Menecer vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Digital Classifieds şirkəti istifadəçilər üçün yerli bazarda avtomobil, daşınmaz əmlak və ya digər məhsulların alqı-satqısı, eləcə də işədüzəlmə üçün geniş imkanları təmin edən 4 layihənin hazırlanması, dəstəyi və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.


Biz aşağıdakı tələb və şərtlərlə Kontent-Marketoloq vəzifəsi üzrə vakansiya elan edirik (Bakı şəhərində):


Öhdəlikləri:

- Şirkət üçün kontentin yaradılması;

- Şirkətin müsbət imicinin yaradılması və saxlanması;

- Bazardakı cari trendlərin monitorinqi və analizi;

- Müxtəlif marketinq təşəbbüsləri üçün faydalı və dəyərli kontentin hazırlanması;

- Reklam kampaniyaları üçün kreativin hazırlanmasında iştirak;

- Kontent strategiyasının hazırlanmasında iştirak;

- Hədəf auditoriyanın maraqlarının analitikası və müəyyən edilməsi (hazırkı və potensial müştərilər arasında);

- Kontent-planın formalaşdırılması;

- Məhsuldakı dəyişikliklərin monitorinqi və sosial şəbəkələrdə (o cümlədən digər yerlərdə) işıqlandırılması;

- Paylaşımlar üçün platforma və kanalların müəyyən edilməsi və kontentin kanallar üzrə paylanmasının təşkili;

- Sosial şəbəkələrin strategiyasının və formatının müəyyən edilməsi: kimin üçün? harada? nə haqda?

- Sosial şəbəkə səhifələrinin idarə olunması: Facebook, Instagram;

- Sosial şəbəkələrin irəlilədilməsi: ödənişli və ödənişsiz alətlər, kollaborasiyalar və s.


Şərtlər:

- Maraqlı və mühüm tapşırıqlar;

- Təcrübəli və inkişafınızda maraqlı olan kollektiv;

- Bakının mərkəzində ofis;

- Əmək haqqı müsahibə və sınaq tapşırığı (ehtiyac olarsa) əsasında müəyyən edilir.

Namizədə tələblər:

- B2B və B2C istiqamətləri üzrə 2 ildən çox müvafiq iş təcrübəsi;

- Müxtəlif istifadə kanalları üçün kontent yaratma bacarığı (müxtəlif növlərdə və müxtəlif paylaşım kanalları üçün mütəxəssis və satış kontenti);

- Kopiraytinq təcrübəsi;

- Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətcillik, məqsədyönlülük;

- Portfolionun olması (üstünlük verilir).


Namizədlərdən CV-lərini hr@digit.az email ünvanına 20 fevral, 2022-ci il tarixindən gec olmamaq şərtilə yollamaları xahiş olunur (məktubun başlığında vəzifənin adı – “Content Marketer” qeyd olunmalıdır). Müsahibəyə yalnız yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlər çağırılacaq.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Kontent-marketoloq üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Kontent-marketoloq vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Kontent-marketoloq vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

17

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ