İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)

İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)

Ateshgah Sigorta
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    18 avqust 2021

  • Bitmə tarixi

    17 sentyabr 2021

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)

Vəzifələr:

• Lahiyə öncəsi sifarişçinin tələblərini müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq;
• Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
• Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək;
• Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək;
• Layihə idarə edilməsi proqramları üzərindən Layihələrin statusun müəyyən etmək
• Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı : 1000 AZN (Daha dəqiq müsahibə əsasında bildirilcək)

Məlumatlandırıcı qeydlər:

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Namizədə tələblər:

• Təhsil: Ali

• İş təcrübəsi: Proqram / Layihə idarə edilməsi sahəsində minimum 2 il təcrübə

• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( texniki )

• İnformasiya Texnologiyaları və trendləri barəsində biliklər

• ERP anlayışı və CRM bilikləri;

• Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə

• Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək

• Analitik təhlil etmə və operativlik bacarığı

• Komandada işləmə bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)” qeyd etmələri xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #842876

  • 1945

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox