Vakansiya haqqında
- ·Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.
- ·Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin hazırlanması və uyğunluğunun yoxlanılması
- ·Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiqi.
- ·NGFW, WAF, NAC sistemlərinin qurulması, optimizasıyası və idarə edilməsi.
- ·Mail Security, Endpoint Security (AV, XDR), Data Security (DBF, DAM) məhsulları üzrə işləmə bacarığı.
- ·Məlumat sızmasının qarşısının alınması sistemlərinin (DLP) sazlanması, idarə edilməsi.
- ·İT, İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması
- ·İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması.
- ·Şəbəkə təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DBA , SQL, scripting bilikləri və sertifikatlar olanlara üstünlük verilir
- ·Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması
- ·Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!