Vaxtı bitib

İnformasiya Təhlükəsizliyi Mərkəzinin aparıcı mühəndisi (Penetration tester)

01 sentyabr 2026 3 303 baxış

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 01 oktyabr 2026
  • Ünvan Bakı, Azərbaycan
Diqqət!

Bu elanın vaxtı bitib. İT mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

İT mütəxəssisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 221 aktiv namizəd İT mütəxəssisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Təsvir

  • Şəbəkə infrastrukturu, serverlər və veb/mobil tətbiqlər üzrə mütəmadi penetrasiya testlərini planlaşdırmaq və həyata keçirmək;
  • Şəbəkə, server və proqram təminatlarında zəiflikləri müəyyən etmək məqsədilə vulnerability scanning alətlərindən istifadə etmək;
  • Android, iOS və veb tətbiqlərinin mənbə kodlarında təhlükəsizlik qüsurlarını SAST/DAST metodologiyaları əsasında aşkar etmək;
  • Aşkar edilmiş təhlükəsizlik boşluqları üzrə texniki və icraedici heyət üçün aydın və strukturlaşdırılmış hesabatlar hazırlamaq;
  • Müəyyən edilmiş zəifliklərin aradan qaldırılması prosesini İT komandası ilə birgə koordinasiya etmək və zəruri texniki dəstəyi göstərmək;
  • Yeni hücum vektorları, sıfır-gün zəiflikləri (zero-day) və aktual kibertəhdidlər üzrə mütəmadi araşdırmalar aparmaq;
  • Korporativ təhlükəsizlik siyasəti və prosedurlarının hazırlanmasına töhfə vermək;
  • Red Team/Blue Team məşqlərinin təşkilində iştirak etmək.


Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi və ya digər əlaqəli texniki ixtisaslar üzrə);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür;
  • Bank sektorunda müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Penetrasiya testləri sahəsində minimum 2 il iş təcrübəsi;
  • Metasploit, Burp Suite, Nmap, Nessus/OpenVAS, Wireshark və OWASP ZAP alətləri ilə peşəkar səviyyədə işləmək bacarığı;
  • OWASP Top 10, PTES, OSSTMM və MITRE ATT&CK metodologiyalarını praktiki olaraq tətbiq etmək bacarığı;
  • Android və iOS tətbiqlərinin statik və dinamik analizini aparmaq bacarığı (jadx, apktool, Frida, objection və s.);
  • Linux/Unix mühitlərində sərbəst işləmək, Bash, Python və ya PowerShell ilə skript yazmaq bacarığı;
  • TCP/IP, DNS, HTTP/S, SSL/TLS və Active Directory protokolları üzrə dərin biliklər;
  • CTF-lərdə və “Bug bounty” proqramlarında iştirak təcrübəsi üstünlükdür;
  • CEH, OSCP, eCPPTv3, CPTS, CWES, CompTIA PenTest+, GPEN və ya ekvivalent sertifikatların mövcudluğu üstünlükdür;
  • Detallara qarşı diqqətli olmaq, məsuliyyətli yanaşma;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək İnformasiya Təhlükəsizliyi Mərkəzinin aparıcı mühəndisi (Penetration tester) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

24

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ