Vaxtı bitib

Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin aparıcı mütəxəssisi

30 oktyabr 2025 820 baxış

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 30 noyabr 2025
  • Ünvan Bakı, Azərbaycan
Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Hüquqşünas üzrə əməkdaş axtarırsınız?

Hazırda 517 aktiv namizəd Hüquqşünas vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Təsvir

  • Kredit, depozit, bank hesabı müqavilələrinin, onlara zəruri əlavə və dəyişikliklərin, habelə fiziki və hüquqi şəxslərin kreditləşməsi məsələləri üzrə hüquqi rəylərin hazırlanması, təminedici əqdlər (o cümlədən ipoteka, girov, həmçinin qiymətli kağızların girovu, zaminlik, bank qarantiyaları) üzrə hüquqi rəylərin və müqavilə layihələrinin hazırlanması, bank tərəfindən müştəri ilə və ya müştərinin tapşırığı üzrə əqdlərin bağlanması üçün müştəri tərəfindən təqdim edilən sənədlərin hüquqi ekspertizasının aparılması;
  • Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizasının aparılması, həmin müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
  • Maliyyə bazarlarında, o cümlədən qiymətli kağızlar bazarında bankın fəaliyyətinin hüquq təminatı;
  • Bankın həyata keçirdiyi layihələrdə mürəkkəb əqdlərin strukturlaşdırılmasında iştirak edilməsi, mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanmasının təmin olunması;
  • Yeni bank məhsullarının işlənib hazırlanmasında iştirak edilməsi;
  • Dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi, bankın struktur bölmələrində yaranmış hüquqi məsələlər üzrə onlara hüquqi yardım göstərilməsi;
  • Qanunvericilikdə, xüsusən bank fəaliyyətinə aidiyyəti olan qanunvericilik aktlarında baş verən dəyişikliklərin təqibi (izlənməsi), bunlarla bağlı Bankın rəhbərliyi və müvafiq struktur bölmələri üçün arayışların hazırlanması;
  • Bankda hüquqi işin yerinə yetirilməsi (müşayiəti) səhəsində funksional-metodiki rəhbərliyin həyata keçirilməsi;  
  • Korporativ-hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanması.    

Tələblər

·    Ali hüquq təhsilinin olması;

·   Maliyyə təşkilatlarının ixtisaslaşdığı fəaliyyət növlərinin hüquqi təminatı sahəsində azı 3 (üç) il iş təcrübəsinin olması (banklarda iş təcrübəsi olanlara üstünlük verilir);

·   Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;

· Azərbaycan Respublikasının mülki, bank, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;

·   Kargüzarlıq işinin əsaslarını bilməsi;

·  Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübənin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;

·   Kompyuterdə işləmək bacarığının olması - təcrübəli istifadəçi səviyyəsində;

·   Azərbaycan dilini mükəmməl bilməsi (rus və ingilis dillərini bilənlərə üstünlük verilir).

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin aparıcı mütəxəssisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

7

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ