Aparıcı / Baş Hüquqşünas

Aparıcı / Baş Hüquqşünas

Unibank ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    01 oktyabr 2026

  • Bitmə tarixi

    30 oktyabr 2026

Təsvir

Hüquq komandamıza bank fəaliyyətinin hüquqi təminatı və hüquqi risklərin idarə edilməsi üzrə təcrübəli namizədləri dəvət edirik. Bu vəzifədə siz müqavilələrin ekspertizası, biznes proseslərinin hüquqi qiymətləndirilməsi, hüquqi risklərin azaldılması və biznes bölmələrinə hüquqi dəstəyin göstərilməsində aktiv rol alacaqsınız.

 

Vəzifə öhdəlikləri:

 

  • Bankın fəaliyyətinin hüquqi təminatı, hüquqi risklərin strateji qiymətləndirilməsi və azaldılması mexanizmlərinin hazırlanması;
  • Yeni məhsul, layihə və biznes prosesləri üzrə hüquqi çərçivənin qurulması, risk təhlili və hüquqi strategiyaların hazırlanması;
  • Kompleks, yüksək dəyərli, strateji və beynəlxalq müqavilələrin hüquqi ekspertizası və bankın maraqlarını qoruyan hüquqi mövqelərin formalaşdırılması;
  • Daxili korporativ aktların hazırlanmasına dəstək;
  • Struktur bölmələrin hüquqi məsələləri üzrə rəy verilməsi və biznes qərarlarının hüquqi risklər baxımından qiymətləndirilməsi;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin davamlı monitorinqinə nəzarət edilməsi;
  • Xarici və yerli dövlət qurumları, tənzimləyici orqanlar və hüquq-mühafizə orqanları ilə hüquqi məsələlər üzrə kommunikasiya və münasibətlərin idarə edilməsi.

 

Tələblər

  • Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Korporativ, bank və ya müqavilə hüququ üzrə minimum 3 il peşəkar iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, bank, əmək, kommersiya və maliyyə qanunvericiliyi, habelə tənzimləyici tələblər üzrə yüksək bilik və praktiki təcrübə;
  • Yüksək riskli müqavilələr, korporativ əməliyyatlar, daxili normativ sənədlər və hüquqi strategiyalar üzrə dərin ekspertiza;
  • Hüquqi risklərin idarə edilməsi və hüquqi komplayens üzrə bilik və praktiki təcrübə;
  • Qanunvericilik dəyişikliklərini analitik qiymətləndirmək və onların biznesə təsirini əvvəlcədən müəyyənləşdirmək bacarığı;
  • Güclü analitik düşüncə, strateji qərarvermə və hüquqi hədəfləri biznes məqsədləri ilə uzlaşdırmaq bacarığı;
  • İngilis və ya rus dilində əla səviyyədə hüquqi sənədlər hazırlamaq və danışıqlar aparmaq bacarığı;
  • MS Office, süni intellekt alətləri, hüquqi araşdırma bazaları və müqavilə idarəetmə sistemlərindən peşəkar istifadə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları.

 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox