Vaxtı bitib

HR / İnsan resursları Mütəxəssisi

16 avqust 2025 6 414 baxış

  • Maaş 800 - 1200 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Yaş 32–45
  • Bitmə tarixi 15 sentyabr 2025
  • Ünvan Bakı, Azure Business
Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

HR / İnsan resursları Mütəxəssisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 1 330 aktiv namizəd HR / İnsan resursları Mütəxəssisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;
  • Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;
  • İşçilərin anket məlumatlarının (staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət  və s.) uçotunu aparmaq və bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;
  • Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatları icra etmək; 
  • Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;
  • Namizədlərin seçimini, müsahibələri təşkil etmək;
  • Seçilmiş namizədlərə iş təkliflərini, vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.
  • Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding – sınaq dövrünün yekunlaşması).
  • Davamiyyətin qeydiyyatını və aylıq tabelləri hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
  • İnsan resursları sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin (xüsusən Əmək qanunvericiliyinin) tələblərini bilmək və tətbiq etmək;
  • İnsan resursları sahəsində sənədləşmə işlərinin aparılmasını müvafiq təlimatların tələblərinə uyğun təmin etmək;
  • Əmək haqqının hesablanması qaydaları və normalarını bilmək (1C 8.3 – İnsan resursları prosedurları və əmək haqqı hesablanması) və tətbiq etmək;
  • MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə;
  • Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət)

Şəxsi keyfiyyətləri:

  • Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
  • Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;
  • Prioritetləşdirmə, vaxtın planlanması;
  • Komandada effektiv işləmək bacarığı;
  • Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 gün, 09:00 –dan 18:00-dək.
  • İş yeri: Azure Business Center

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək HR / İnsan resursları Mütəxəssisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

25

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ