−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Vaxtı bitib

“Grow lab” layihəsi üzrə təcrübə proqramı

10 oktyabr 2022 3 213 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Təcrübəçi
  • Təhsil Ali
  • Bitmə tarixi 09 noyabr 2022
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübəçi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Təcrübəçi üzrə əməkdaş axtarırsınız?

Hazırda 501 aktiv namizəd Təcrübəçi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

“Grow lab ” layihəsi üzrə təcrübə proqramı

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC “Grow lab” layihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və biznes proseslərinin qurulması sahəsində yaxından iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 3 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

  • Müxtəlif innovativ layihələrinin hazırlamaq və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
  • Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
  • Agile Metodologiyasına əsaslanmış iş prosesində daha yaxından iştirak etmək;
  • Peşəkar startap mühitində işləmək.

Zəhmət olmasa müraciət etmək üçün https://growlab.ferrumcapital.az/apply/ linkinə daxil olub forumu doldurasınız. Qeyd üçün bildirmək istərdik ki, növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizədə tələblər:

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil ( II-IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);
  • Qəbul imtahanında 600+ bal toplamaq;
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);
  • Məsələlərə analitik yanaşmaq;
  • Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);
  • MS Office və Google Tool-larından istifadə edə bilmək.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək “Grow lab” layihəsi üzrə təcrübə proqramı vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

19

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ