Vakansiya haqqında
• Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
• Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
• Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
• Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
• Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
• Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
• Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
• Verilmiş kreditlərin monitorinqinin aparılması.
Namizədə tələblər:• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı;
• Yüksək kommunikasiya bacarığı;
• Komandada işləmək bacarığı;
• Analitik düşüncə tərzi;
• Stressə davamlılıq;
• Yüksək qavrama, çevik öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük;
• İpoteka kreditləri üzrə biliklər arzu olunandır.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Tibbi sığorta proqramına qoşulma imkanı;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!